Britaniyadakı gənclər qrupu oradakı elmi mərkəzlərin kitabxanaları nda "Azərbaycanla bağlı kitablar yerləşdirək" layihəsinə başladı (http://www.ans. az/nid59835. html). Bu haqda AzClub-a (http://www.azclub. org/?p=213) Azərbaycanlı Gənclər Klubunun təmsilçisi, layihəyə rəhbərlik edən Muxtar Hacızadə məlumat verib. M. Hacızadə bildirib ki, layihəni həyata keçirməkdə məqsəd Britaniyanın təhsil mərkəzlərində Azərbaycanla bağlı informasiya bazasını qurmaq və Azərbaycan haqqında öyrənmək istəyən tələbələrə şəraitin yaradılmasıdır: “Britaniyada təhsil alan hər bir azərbaycanlı gənci təşəbbüsümüzə qoşularaq oxuduğu təhsil ocağına Azərbaycanla bağlı kitablar təqdim etməyə dəvət edirik”. Kitabların əldə olunması üçün isə Azərbaycanın müvafiq qurumlarına müraciət nəzərdə tutulur. Təşəbbüsün məqsədi həm də Azərbaycan haqqında məlumat bazasının yaradılmasına gənclərin öz töhfələrini verməsini sürətləndirməkdir. M. Hacızadənin fikrincə əks halda “Armenia with Nagorno Karabagh” kimi artıq bir neçə beyinyuyucu kitablar bizə Azərbaycanımız naminə informasiya mübarizəsində qalib gəlməyə imkan verməyəcək (http://www.day. az/news/politics /108364.html). Təşəbbüskarlar "Britaniyada Azərbaycanla bağlı kitablar yerləşdirilməsi" təşəbbüsünə dünyanın hər bir yerində olan Azərbaycanlıları öz töhfəsini verməyə çağırır, məsələnin həqiqətən də ciddiliyini narahat edici sayır və təxirə salınmadan işə başlayırlar.
Aksiya ilə bağlı bu ilin mart ayında Britaniya universitetlərində təhsil alan tələbələrin London Azərbaycan Evində toplantısı keçiriləcək. Qeyd edək ki, Lester Universiteti Siyasət və Beynəlxalq Münasibətlər Departamentində komitə üzvü olan M. Hacızadənin təşəbbüsü ilə artıq Lester Universiteti kitabxanasında Azırbaycanca-İ ngiliscə lüğət yerləşdirilib. Bu yaxınlarda Azərbaycanlı Gənclər Klubu tərəfindən başladılan London Azərbaycan Evi kitabxanasının qurulması təşəbbüsü isə davam etməkdədir. Bunun üçün Bakıda toplanmış xeyli sayda kitabın bu yaxınlarda Londona göndərilməsi nəzərdə tutulub. M. Hacızadə: “Bunun üçün "Hərəyə 1 kitab töhfəsi" kompaniyasına başlandı. Əgər hər birimiz Azərbaycanımızın tarixinə, mədəniyyətinə, mətbəxinə, problemlərinə aid ən azı bir sanballı və ingiliscə kitab göndərsə, çox əvəzsiz töhfə vermiş olarıq. Biz çoxsaylı yığılan kitabların göndərilməsində yol xərclərində çətinlik çəkəcək dostlarımıza kitabların cəm şəkildə Bakıdan (və ya dünyanın hər hansı bir yerindən) gətirilməsi xərcləri ilə bağlı sponsorları da razı salmaqdayıq”. M. Hacızadə hesab edir ki, bu həm də ən azından sanballı və ingilis dilində olan kitabların aşkarlanmasına da kömək edəcək. Hazırda bu işə öz töhfəsini vermək istəyən gənclərdən belə kitabların adı, müəlliflər, nəşriyyat yeri və tarixi və İSBN nömrəsi toplanmaqdadı r.
Qeyd edək ki, Azərbaycanda bu işlə bir neçə könüllü gənc də məşğul olur. Hazırda Rəşad Mehbaliyev (mehbaliyev-reshad@ box.az) Azərbaycanda yaşayanların bu prosesdə iştirakını təmin etməklə məşğuldur.
Kitabları birbaşa Muxtara göndərmək üçün ünvan:
Mukhtar HAJIZADA
Azerbaijan House
228 Kingsland Road
London E2 8AX
UK