POST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ UNUTMUŞUQ Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki halda Post-modernizmin bir kökü var, çox vaxt onu bəlirtələməyi unudurlar. Batıda həmin kök XIX yüzilin ikinci yarısında da vardı, XX yüzildə də. Biz Demokratiyanın sevimli sözü və faktı olan plyuralizmi deyirik. Post-modernizm məhz plyuralizmin sonucudur, elə sonucudur ki, plyuralizm olub gəlişən yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur.
Davamı...
Bölməsiz 83
birinci yazı
Ateizm allah(lar)ın varlığına inanmayan, allah(lar)ın varlığını bəyan edən dini təlim(lər)i rədd edən fəlsəfi-elmi mövqedir. Ateizm bütövlükdə hansısa bir qeyri və fövqəltəbii qüvvənin mövcudluğunu inkar etməkdir. Bu yazımda mən allahın var olub-olmadığına dair fikirlərimi yox, ateizmin nə olub-olmadığına dair fikirlərimi oxucularımla qısaca bölüşmək istəyirəm. Elə buna görə də, sərlövhədə ateizmi dırnaq içində yazmışam. ATEİZM FƏLSƏFƏDİR Başlayaq terminin mənasından. Allahı ifadə etmək üçün Qərb dillərində iki söz var, qədim yunan dilində teos (əslində theos) və latın dilində deus. “Ateist” hərfi tərcümədə “allahsız” deməkdir. Lakin “allahsız” deyəndə, biz zalım, vicdansız, həyasız kimi mənaları nəzərdə tutduğumuza görə bu söz “ateizm”in tərcüməsi ola bilməz. Qərb terminlərini dilimizə tərcümə edərkən, buna oxşar problemlərlə tez-tez rastlaşırıq. Məsələn, immoralizm və amoralizm terminlərinin ikisi də dilimizə hərfi tərcümədə “əxlaqsızlıq” kimi səslənir. Ancaq terminoloji baxımdan bunların arasında çox ciddi fərq var. İmmoralizm öz təfəkküründə, dünyagörüşündə və yaxud yaradıcılığında dünyaya, həyata əxlaq bucağından baxmamaq deməkdir. Yəni varlığı etizasiya etməmək, əxlaqiləşdirməmək, necə varsa o cür baxmaq, umacaqsız, “-malı”sız, “-məli”siz təhlil etmək deməkdir. Məsələn, Niçe (Nitsşe), Froyd (Freyd), Haydeqer (Haydegger) kimi şəxslər belə ediblər. Amoralizm isə mövcud moral tələblərə əməl etməmək, bir sözlə, əxlaqsızlıq, pozğunluq etmək deməkdir. Bizim gündəlik danışıq dilimizdə işlənən “əxlaqsız” sözü amoralist mənasındadır. Beləliklə, Niçe, Froyd, ya da Haydeger əxlaqsız filosoflar yox, immoralist filosoflardır. İmmoralizmin isə dilimizdə tərcüməsi yoxdur. Ateizm də belə, hələlik tərcüməsiz terminlərdən biridir. Ona görə də, “ateizm”i tələm-tələsik, ya da demoqoji-populist bəd niyyətlə “allahsızlıq” kimi tərcümə etmək olmaz. Onu elə olduğu kimi saxlamaq lazımdır.
Davamı...
Yox…yox, mən
ağlamırdım,
köhnə arzularımın arxasınca
su atırdım,
su atırdım…
Xatirələrimdə pioner otağımıza qayıdıb
həm nəbzimi, həm ordakı tozlu təbilimizi
eyni ahənglə
taqqıldadırdım…
Əvvəlcə
şəhərə yağmış ağ-appaq qarın,
sonra Bakıdakı ən kirli divarın
üzərində gəzişən kölgəmlə
hər tin-bucaqda
rastlaşırdım…
Tanımadığımdan
güllələnmiş komissara,
atamın mənə yapdığı qar adamına,
xatirəmdəki bütün köhnə insanlara
oxşadırdım
onu…
həyatın sonuydu bu,
sonu..
Davamı...
4. YIXILAN PAŞA BİNALARININ HÜZNÜ: KÜÇƏLƏRİN KƏŞFİ
Pamukların mülkü Nişantaşında bir zamanlar böyük bir paşa evinin bağçası olan geniş ərazinin kənarında inşa edilmişdi. Nişantaşı məhəlləsi adını on səkkizinci əsrin sonu, on doqquzuncu əsrin əvvəlində islahatçı və qərbliləşmə tərəfdarı olan padşahların (III Səlim, II Mahmud) idman üçün yaxud kef üçün boş təpələrə nişanladıqları oxların düşdüyü, bəzən də tüfənglə vurduqları boş səhənglərin qırıldığı yeri işarələmək üçün tikilən (üzərində də hadisəni izah edən bir-iki misra yazılan) daşlardan almışdı.
Osmanlı padşahları qərbli komfort, dəyişiklik fikri və vərəm qorxusuyla Topqapı sarayını tərk edib Dolmabağça və Yıldızda tikdirdikləri yeni saraylara köçüncə, buraya yaxın olan Nişantaşı təpəsində vəzirlər, baş vəzirlər, şahzadələr böyük taxta binalar inşa etdirdilər. İbtidai sinfə şahzadə Yusif paşa binasında (İşıq litseyi) başlamış, sədrəzəm Xəlil Rifat paşa binasında (Şişli Terakki) davam etmişdim. Bu iki imarət mən orada oxuyarkən, bağçada futbol oynadığımız zaman yanıb dağıldı. Qarşımızdakı bina Mabeyinci Faiq bəy imarətinin xarabalığı üzərində tikilmişdi. Ətrafdakı yeganə möhkəm imarət on doqquzuncu əsrin sonunda tikilən, bir zamanlar baş vəzirlərin yaşadığı və Osmanlı dövləti yıxılıb, paytaxt Ankaraya köçüncə isə qubernatorlara qismət olan daş tikili idi. Çiçək peyvəndi vurulması üçün başqa bir Osmanlı paşasının artıq icra hakimiyyəti binası kimi istifadə olunan binasına gedərdim.
Davamı...

"SSRİ Proyekti" Son günlər mətbuat səhifələrində Sovet İttifaqının yaxşı və ya pis olması, bizə xeyri olub-olmaması barədə dürlü-dürlü fikirlər söyləndi, polemikalar açıldı...
Açığı, mən Rus padşahlığını daha çox bəyənirəm, nəinki SSRİ-ni.
Çünki Romanovlar zamanında bizim daha böyük insanlarımız yetişdi, nəinki sonrakı dövrdə.
Rusiya İmperiyasında biz bir xalq olaraq təbii inkişafımızda idik: Maarifçilik hərəkatı vardı, öz içimizdən çıxan, təbii inkişafla yetişən ziyalılarımız mövcud idi.
Təsəvvür edin: Üzeyir bəy, Hüseyn Cavid, Mirzə Cəlil və ya Həsən bəy Zərdabi hara... Səməd Vurğun, Süleyman Rüstəm, ya da Cövdət Hacıyev hara.
Gəlin Səməd Vurğuna lupa altında baxaq: o, ölkə ziyalısı ola bilməzdi – olsa-olsa, yaxşı əyalət ziyalısı idi. Hərdənbir ona qonaq getmək, araq içmək, ova çıxmaq olardı. O da bizlər üçün vəhşi təbiətə daha yaxın olan poeziyasından seçmələr oxuyardı, bir sözlə keyf verərdi. Hətta mən razıyam ki, elə bir məclisə özümlə tar da aparardım, 1-2 muğam çalıb, camaatı feyziyab edərdim...
Amma reallıqda nə oldu?
Davamı...
Bölməsiz 111
Avropada immiqrant qabiliyyətinə görə deyil, mənsub olduğu toplumun ümumi xarakteristikasına görə qiymətləndirilir”
Son parlament seçkilərindən sonra Norveçə mühacirət etmiş Abbas Atilayla müsahibə
- Bir dəfə yazmışdın ki, Azərbaycanda hansısa jurnalistin həbs olunduğu gün, sən Norveçin hökumət binası qarşısında çoxsaylı insanın toyuqların qril edilməsinə etiraz aksiyası keçirdiyini görüb depressiyaya düşmüsən. Niyə?
- Əslində bu hadisə İsveçin Malmö şəhərində baş vermişdi. Bu şəhərdə ildə bir dəfə keçirilən "Su festivalı" zamanı anarxist gənclər məşhur qril kampaniyalarının birinin qarşısında toyuqların qril edilməsi ilə onların "şərəf və ləyaqətini alçaldılmasına" etiraz olaraq aksiya keçirmişdilər. Təbii ki, əvvəllər belə hadisələrə rast gələndə, Qərb ölkəsindən birinin bizim küçələrdə qoyunların kəsilməsindən necə narahat olarsa, mən də ən azı o qədər iztirab çəkirdim, amma indi bunlara bir o qədər də təəccüblənmirəm, çünki gözlərimiz alışıb.
Davamı...
Bölməsiz 255
İnanmıram.
1.Allaha (4) 13 %
2.Dinə (2) 6 %
3.Allaha və dinə (12) 39 %
4.Heç nəyə (3) 10 %
5.İnanıram (10) 32 %
Səslər cəmi: 31
Bölməsiz 114