Aydınlanma nədir?
İmmanuel Kant
1784-cü ildə J.F.Zöllnerin “Berlin Monthly” qəzeti vasitəsiylə ziyalılara ünvanladığı “Aydınlanma nədir?” sualına cavab olaraq İ.Kantın yazdığı ""Aydınlanma nədir" sualına cavab” adlı essesi aydınlanma haqqında yazılmış ən məşhur məqalələrdəndir.
Aydınlanma, insanın özünə təlqin etdiyi zehni yetərsizlik halından qurtulmasıdır. Yetərsizlik, başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilməməkdir. Bu yetərsizlik özünütəlqinlə və könüllü yaranır, çünki onun səbəbi ağlın həqiqətən qıt olması deyil, başqasının rəhbərliyi olmadan ağlı istifadə etmək cəsarətinin və qərarlılığının olmamasıdır. SAPERE AUDE!- “Öz ağlını istifadə etmək cəsarəti göstər!”- Aydınlanmanın şüarı budur.
Təbiətin boyunduruğundan azad olmalarından uzun müddət keçsə də əksəriyyətin yetkinliyə can atmamasının və başqalarının onlara ağıl öyrədib yol göstərmələrini həvəslə qəbul etmələrinin səbəbi cəsarətsizlik və tənbəllikdir. Bu əksəriyyətə yetkin olmama halı rahatlıq verir. Ona həqiqətlərini təlqin edən bir kitab, vicdanını təhvil verdiyi bir din xadimi, pəhrizinə nəzarət edən bir həkim varsa, özünü niyə əziyyətə salsın? Haqqını ödəyə bilirsə, belə cansıxıcı işləri başqalarına gördürə bilər, ayrıca düşünməsinə ehtiyac qalmaz.
İnsanlara nəzarət etməyə həvəsli olanlar, onların yetkinliyə can atmağın çətindən əlavə təhlükəli olduğunu düşünmələri üçün əllərindən gələni edirlər. Əvvəlcə ev heyvanlarını əhliləşdirib, onların boyunduruqsuz bir addım belə atmayacaqlarına əmin olan nəzarətçilər, yalqız gəzəcəkləri halda qarşılaşacaqları təhlükəni onlara bir-bir göstərirlər. Əslində bu təhlükələr o qədər də böyük deyil və bir neçə dəfə yıxılmaqdan qorxmayanlar tezliklə yeriməyi öyrənirlər. Bu misal insanların niyə itaətkar olduqlarını və onlara cızılan cızıqdan kənara çıxmaqdan niyə qorxduqlarını açıqlayır.
Beləliklə, fərd üçün artıq hardasa xarakteri halına gəlmiş yetərsizlikdən qurtulmaq çox çətin olur. Hətta o, bu yetərsizliyindən məmnundur və hazırki halıyla öz ağlına müraciət edə bilməz, buna heç vaxt icazəsi də olmayıb. Qaydalar və inanclar təbii istedadının rasional istifadəsi üçün alətlər olmaq əvəzinə onu yetərsizliyə məhkum edən qandallara çevrilirlər.
Qandallarından qurtulan tapılsa belə, həmin fərd ancaq kiçik hürkək addımlar ata bilər, çünki müstəqil hərəkət etmək üçün hazırlıqlı deyil. Qandallarını atanlar arasında özünəməxsus düşüncə formalaşdırıb, yetərsizlikdən qurtulmağa və öz yolunu tapmağa çox az insan nail olur.
Cəmiyyətin özünü aydınlatmağı isə daha geniş imkanlar ehtiva edir. Sadəcə azadlığa icazə verilsə, aydınlanma bu azadlığın nəticəsi olaraq özlüyündən gələcək.
Kütlənin nəzarətçiləri arasından belə, müstəqil düşüncəli insanlar çıxa bilər, bunlar boyunduruqlarını atdıqdan sonra azad düşüncənin qiymətini anlayıb, bu dəyəri çevrələrinə yaymağa başlayacaqlar. Ancaq aydınlanmağa hələ hazır olmayanlar anidən ortaya çıxıb kütləni aydınlanma istiqamətində qızışdırsalar, bu dəfə gözətçilər sinfi boyunduruq altına düşər. Stereotiplər təhlükəlidir, onları yayanlardan gec tez öz qisaslarını alırlar.
Odur ki, ictimai aydınlanma ani deyil, tədrici olmalıdır. İnqilabla bir despotu və ya avtoritar rejimi yıxmaq mümkündür, ancaq bu yolla düşüncədə həqiqi islahata nail olmaq olmaz. Köhnə stereotiplərin yerini yeniləri tutar və yeni boyunduruq xidməti görər.
Aydınlanma üçün azadlığa ehtiyac vardır və tələb olunan azadlıqların ən məsumu budur: Ağlı ictimai sferada, digər insanların qarşısında hər sahəyə çəkinmədən tətbiq etmək azadlığı.
Hər tərəfdən qışqırıqlar eşidilir: “Düşünmə!” Komandir əmr verir: “Düşünmə, addımla!”, vergi məmuru əlini açır: “Düşünmə, vergi ödə!”, din xadimi qorxudur: “Düşünmə, inan!” (Dünyada sadəcə bir rəhbər “Nə haqqında və nə qədər istəsən düşün, ancaq tabe ol!” deyir). Bütün bu hallarda azadlıq məhdudlaşdırılır. Hansı məhdudiyyət azadlığa mane olur, hansı mane olmur və hətta onu dəstəkləyir? Cavab verim: Ağlın ictimaiyyət qarşısında istifadəsi və ifadəsi hər zaman sərbəst olmalıdır və bu qədər azadlıq belə, aydınlanma üçün yetərlidir. Əksinə, ağlın özəl istifadəsi məhdudlaşdırıla bilər və aydınlanma üçün qorxulu deyil. Kiminsə öz ağlını ictimaiyyət önündə istifadə etməsi dedikdə onun qələm əhli, savadlı bir insan, bir ziyalı olaraq bütün oxur-yazarlar önündə düşündüklərini ifadə etməsi başa düşülməlidir. Ağlın özəl istifadəsi isə konkret bir vəzifə sahibi olan insanın ona etibar edilən postda üzərinə düşənləri icra etdiyi zaman reallaşır.
İctimai maraqlar üçün yerinə yetirilən işlər elə mexanizmlər vasitəsiylə reallaşır ki mexanizmin üzvlərinin ayrı-ayrılıqda fəaliyyətləri ictimai maraqlar üçün koordinasiya edilir. Bu mexanizmin bir parçası olan insanın mübahisə və müzakirə açması yox, öz işini yerinə yetirməsi məqsədəuyğundur. Ancaq belə bir mexanizmin parçası olan insan həm də ictimaiyyətin, hətta daha geniş mənada mədəni dünyanın bir fərdi olaraq, savadlı bir insan kimi ictimaiyyətə müraciət edə bilər, ümumi işə ziyan vermədən deyək ki, müzakirə aça bilər. Yuxarıdan əmr almış bir hərbçinin vəzifə başında əmrin məntiqli olub-olmamasını götür-qoy etməsi fəlakətlə nəticələnə bilər, o əmrə tabe olmalıdır. Ancaq onun bir ziyalı olaraq hərbi sistemdəki səhvlər haqqında danışmasına və bunları ictimai müzakirəyə təqdim etməsinə məhdudiyyət qoyulmamalıdır. Bir vətəndaş mükəlləfi olduğu vergini ödəməkdən imtina edərsə, bu davranışı ilə başqalarına da itaətsizlik nümunəsi göstərmiş olar. Ancaq həmin vətəndaş bir ziyalı olaraq vergi faizinin ədalətsiz olduğunu ictimai müzakirəyə açmaqla əsla ümumi marağa xəyanət etmiş olmaz.
Bir keşiş mənsub olduğu kilsənin görüşlərini kilsə üzvlərinə öyrətməyə məsuldur, onun vəzifəsi budur. Ancaq bir ziyalı olaraq həmin keşiş kilsənin görüşlərindəki çatışmazlıqlar haqqında diqqətlə düşünülmüş xoşməramlı iradlarını ifadə etmək və müvafiq təkliflər vermək azadlığına sahibdir. Bunu edərkən onun vicdan əzabı çəkəcəyini düşünmək əbəsdir. Bir kilsə mənsubu olaraq kilsəsinin görüşlərini təbliğ edərkən öz qənaətlərindən istifadə etmək haqqına sahib deyil, o bu görüşləri başqası adına təqdim edir. Belə deyir : “Bizim kilsəmizin öyrətdiyi budur, bu da dəlillər”. Öyrətdiklərini tam olaraq məqbul saymasa da ən azından onların içərisində dinə tam zidd heç bir müddəanın olmadığını da bilir. Bu doktrinalarda birbaşa dinin əsasına yönəlmiş heç nə olmur. Əgər öyrətdiklərində dinin əleyhinə elementlər olduğunu düşünürsə, istefa verməsi daha doğru davranış olar. Beləliklə, təyin olunmuş bir vaiz olaraq icma qarşısında çıxışı zamanı ağlının özəl istifadəsindən yararlanır, din xadimi müstəqil deyil və bir qurum adına danışır. Ancaq bu keşiş bir ziyalı kimi gördüyü nöqsanlar haqqında sərbəstcə ictimai müzakirə aça bilər. Doğrudan da, xalqın dini ehtiyacları ilə maraqlananların yetərsiz qalmalarını gözləmək absurd olardı.
Ardı var
Tərcümə edən: Yalçın İslamzadə