Ağalar Məmmədov " Çadranın mənalarına dair"
Yeni təhsil qanunu layihəsində təhsil müəssisələrində çadranın qadağan edilməsi nəzərdə tutulur. Millət vəkilləri bunu mənim fikrimcə, hələlik çox doğru olaraq, ictimaiyyətin müzakirəsinə buraxdılar. Mən bir müəllim olaraq bu müzakirələrə qoşulur və öz möqeyimi bildirirəm. Beləliklə, çadra.
Çadra təbiiliyin inkarı kimi
Çadra kimi nisbətən xırda miqyaslı məsələlərin mənası həmişə kontekstual olur: belə məsələlər həmişə hansısa daha böyük bir məsələnin bir hissəsidir. Ona görə də çadra məsələsinin “həlli” ona hansı kontekstdə yanaşmaqdan asılıdır. Ümumiyyətlə, mən öz yazılarımda dinə qeyri-dini yanaşmanın vacibliyini göstərməklə birlikdə, eyni zamanda belə yanaşmanın mümkünlüyünü də göstərmiş oluram. Elm alternativlərlə işləməyi sevir.
Çadra mövzusuna dünyəvi dövlətin dini etiqad azadlığı prinsipi baxımından, sırf dini əmrləri yerinə yetirmək baxımından, ötən yazımda təhlil etdiyim kimi sırf tarixi baxımdan, dünyagörüşümüzdə ümumiyyətlə, qadın təsəvvürümüz baxımından və s. yanaşmalar mümkündür.
İslam dünyasında qadın problemi nədənsə, bir qayda olaraq, çadra problemi ilə eyniləşdirilib. Son dərəcə düşündürücü haldır ki, doğuluşunda bütpərəstliyə qarşı yaranmış bir din demək olar ki, özünün bütün tarixi boyu həqiqiliklə formallıq, zahirilik ilə batinilik arasında qalmış, xeyli əziyyət çəkmişdir. Görünür, islam münafiq (islamı qəlbən deyil, üzdə, sözdə qəbul edən, yalançı, saxtakar) yaxalayacağına daim ümid bəsləmişdir.
Yəhudilər və ərəblər, məsələn, Uzaq Şərq xalqlarından fərqli olaraq, təbiətə zorakı müdaxilə etməkləri ilə məlumdurlar. Kişi xeylağında cinsi arzuları azaltmaq məqsədilə, bədənin bir hissəsini (prepusu) kəsib atmaq yolu ilə onu dəyişdirmək və bunu sünnət adı ilə müqəddəsləşdirmək ancaq onların ağlına gələ bilərdi. (Deyilənlərə inansaq, qədimdə bəzi ərəb qəbilələri eyni məqsədlə qadınları da sünnət edirlərmiş). Semitlərin başqalarından fərqini göstərmək baxımından, məsələn, hinduizm dininə əməl edən hindlilər “ahimsa” prinsipi ilə yanaşırlar dünyaya. (“Ahimsa” qısaca bu deməkdir: əsla və əbəda heç bir şeyi zədələməmək, incitməmək, yaralamamaq; nəinki öldürmək və yaxud qan tökmək!). Ərəblər isə yəhudi irqdaşları kimi olduqca sərtdirlər. Məncə, qadını çadraya salmaq da eyni təfəkkürün - təbiətsevməzliyin, naturofobiyanın məhsuludur.
Məsələn, deyilir ki, qurban bayramında ət alıb paylamaq olmaz, allah bunu qəbul etmir, gərək mütləq diri heyvan alıb, onun qanını tökəsən, yəni başını kəsəsən. Əsas məsələ qan tökməkdi...
Çadra qadın kontekstində
Gəlin, özümüz üçün düşünək, qadın bu gün nə üçün çadra örtməlidir axı? Mən bu başlıqda islam dininin qadın təsəvvürünü qısaca təqdim etmək istəyirəm:
“...Pis bir şey edə biləcəklərindən qorxduğunuz qadınlara əvvəlcə nəsihət verin, sonra onları yataqlarında tək buraxın, bunun da faydası olmasa onları döyün...” (Nisa surəsi, 34-cü ayədən bir hissə). “Qadınlar sizin tarlanızdır, tarlanıza ürəyiniz istəyən kimi daxil olun...” (Bəqərə surəsi, 223-cü ayədən bir hissə). Qurana görə, bir qadının şahidliyi kafi deyil, ikisi olmalıdır: “...Kişilərdən iki nəfər şahidiniz olsun. Əgər iki kişi olmasa, onda razılıq verəcəyiniz bir kişi ilə (biri səhv etsə, o birisi onun yadına salsın deyə) iki qadın şahidiniz olsun...” (Bəqərə, 282-ci ayədən bir hissə). Qurana görə, qadınlara kişilərdən iki dəfə az miras düşməlidir: “Allah sizə uşaqlarınızla əlaqədar olaraq kişilərə qadınlardan iki dəfə çox miras verməyinizi əmr edir...” (Nisa surəsi, 11-ci ayədən bir hissə). Buxarinin İbn Abbasdan nəqlən, Məhəmməd peyğəmbər belə deyib: “Mənə cəhənnəm göstərildi, bir də gördüm ki, cəhənnəm əhalisinin əksəriyyəti (çoxusu) qadınlardır...”. (Səhihi-Buxari, I Kitab, Hədis № 22). Məhəmməd peyğəmbərdən Buxarinin nəql etdiyi, amma F. Mernissi kimi bəzi tədqiqatçıların səhih saymadıqları hədislərin birində isə belə deyilir: “Bir müsəlman namaz qılarkən, bir daş atımlıq məsafədə önündən it, eşşək, yəhudi, atəşpərəst və qadın keçərsə, onun namazı batil olur” (Səhihi-Buxari, I kitab, Hədis № 2720).
Səlcuq türk hökmdarı Məlikşahın (XI əsr) vəziri, türk dünyagörüşünə islamı daxil edən ilk dövlət adamlarından birincisi və elə bu məqsədlə də Nizamiyyə mədrəsəsini quran məşhur Nizam-ül Mülk özünün “Siyasətnamə” əsərində Qazaliyə istinadən Məhəmməd peyğəmbərdən belə bir hədis nəql edir: “Öz işlərinizdə qadınlarla məsləhətləşin, onlar nə desələr, bunun əksini edin ki, düz qərar vermiş olasınız”. İndi kitablardan “atalar sözü” kimi oxuduğumuz və bizə “bizim ataların sözü” kimi təqdim edilən “arvada qulaq as, tərsini elə” deyimi əslində nizamül-mülklər vasitəsilə bizə keçmiş yəhudi-ərəb dünyagörüşüdür və zənnimcə, o, bizim dünyagörüşə sonradan daxil olmuşdur.
Tez-tez qeyd edirlər ki, islam dini qadınlara böyük imtiyazlar vermiş, onun cəmiyyətdəki mövqeyini yüksəltmişdir. Elmdə bu tezisin əleyhinə antitezis var və mən bu istiqamətdə sadəcə bir faktı göstərmək istəyirəm: Məhəmməd peyğəmbərin ilk həyat yoldaşı olmuş Xədicə Məkkənin ən varlı qadını idi. Bu var-dövlət Xədicənin əvvəlki ərlərindən, xüsusilə də ikincisindən ona miras qalmışdı! Hanı bəs qadın hüquqsuz idi? Xədicə Məkkənin varlı tacir kişiləri ilə sərmayə ortaqlığı edir, bəzilərinə sələmlə borc verir, Şama (Suriyaya) gedib-gələn karvan ticarəti ilə məşğul olurdu. Hanı bəs qadın hüquqsuz idi? Məhəmməd peyğəmbərlə evlənmək təklifi də gələcək peyğəmbərə Nəfisə vasitəçiliyi ilə Xədicə tərəfdən edilmişdi. Hanı bəs qadın hüquqsuz idi?
Ümumiyyətlə, islam tarixi öz parlaqlığını sübuta yetirmək üçün özündən əvvəlki dövrü daim qaralamaqla məşğul olmuşdur. Ancaq unutmuşdur ki, bəşər sivilizasiyasının inkişafı tarixində (əgər islamı tərəqqi saysaq) o özü də pillələrdən sadəcə olaraq biridir. Hər bir pillə öz işini görür, aşılır və arxada qoyulur.
Çadra dini əmr kimi
Maraqlı olan budur ki, öz etiqadlarını azad şəkildə yaşamaq istəyənlər sabah daha nələr tələb edəcəklər və onları hansı prinsip dayandıracaq? Axı onlar allahdan və peyğəmbərdən başqasına qulaq asmağı günah sayırlar. Onda sabah bu çadralı qızcığazlar və yaxud onları çadraya salanlar bir də burka taxmaq (taxdırmaq) istəsələr nə olacaq? (Burka hər tərəfdən qapalı qadın baş geyimi olub, taxan qadının qarşısını görə bilməsi üçün üz tərəfi qəfəsli, torbayaoxşar çadradır). Sabah bu çadralı qızcığazlar onlara kişi müəllimlərin dərs keçməsini istəməsələr nə edəcəyik? Sabah bu çadralı qızcığazlar oğlanlarla eyni sinifdə (və ya auditoriyada və ya avtobusda) oturmaq istəməsələr nə edəcəyik? Sabah bu çadralılardan bəziləri təhsillərini həkim kimi alıb və kişi pasiyentləri müayinə etmək istəməsələr nə edəcəyik? Sabah bu çadralı vətəndaşlarımız Avropa ölkələrində təhsillərini davam etdirmək istəsələr necə olacaq? Axı islam dininin tələbləri çadra ilə qurtarmır. Ona görə də biz dinin, hələ xüsusilə islam dininin spesifikliyini, onun “sui generis”, “öz cinsində yeganə növ” olduğunu nəzərdən qaçırmamalıyıq.
Əgər söhbət bütün dini əmrləri yerinə yetirməkdən gedəcəksə, onda mən adətən açıb-ağardılmayan Quran ayələrindən sadəcə birini xatırlatmağa məcburam: “Ey iman edənlər! Öldürülənlər üçün qisas əmr edildi: azad olanlar üçün azad olanlardan, qullar üçün qullardan, qadınlar üçün qadınlardan (qisas alın)...” (Bəqərə surəsi, 178-ci ayədən bir hissə). Bu ayənin bir anlığa müasir dünyada qəbul edilməsini təsəvvür edəkmi? Çoxumuzun bəyənmədiyi Qərb dünyası isə cinayətkarın hansı yollarla islah edilərək yenidən cəmiyyət üçün faydalı vətəndaş ola bilməsini müzakirə edir.
Hər halda unutmamalıyıq ki, biz quldarlıq quruluşunda, yəni müasir dövrümüzdən iki-dörd epoxa geridə qalmış bir tarixi dövrdən (?) və mədəniyyət baxımından bizimlə qəti olaraq paralelliyi olmayan ərəb cəmiyyətində yaranmış və o dövrün, o həyat tərzinin tələbləri və ehtiyacları istiqamətində formalaşmış bir dindən söhbət edirik.
Simvolikdir ki, müsəlman təqvimində indi XV əsrdir!..
Çadra sırf dini məsələ kimi
İslam dini cəmiyyətdə indiyədək bir dənə də olsun hansısa sosial, milli, ümumbəşəri bir problemi həll etmək üçün müzakirəyə çıxarmamışdır. Onu ancaq öz problemləri maraqlandırır: çadra, dini təhsil, aşura, ramazan, islamçıların çoxalması üçün yaxşı şərait və əksinə, başqa dini təriqətlərin burda yayılmasının qarşısının alınması, ABŞ-İran münasibətləri, əbədi düşməni yəhudi və s. Görəsən, nə üçün məsələn, ölkəmizdəki bərbad və rüsvayçı təhsilin problemləri onları heç narahat etmir. Əksinə, Qərbdən gələn hər nə varsa, o cümlədən də, elmi-fəlsəfi, rasional-skeptik təfəkkürü onlar açıq-saçıqlıq, əxlaqsızlıq kimi adlar altında ləkələməyə çalışırlar. Doğrudanmı, bizim bugünkü təhsilimizin ən ümdə məsələsi çadradır? İslamçılardan soruşuram.
Sonda mən onu da başa düşürəm ki, zorən çadrasız olmaq da hələ elə də ciddi nailiyyət olmayacaq. Qəlbləri, ağılları çadraya bürünmüş olanlar var. Çadra formal ritualizmdir. İman da, həqiqilik də, möminlik də, təmizlik də, gözəllik də çadranın örtdüyü zahirdə deyil. Bunlar həmişə olduğu kimi, yenə də bütün örtülərin o tayındadırlar...