Erkin Qədirli "Heykəl vs. Yaddaş"
Heykəllər adətən daşdan düzəldilir. Gərək ki, XIX əsr rus yazıçısı Anton Çexov söyləmişdi: "Heykəli düzəltmək üçün heykələ aid olmayan parçaları daşdan vurub çıxarmaq lazımdır." (bu fikrin orijinalı Mikelancelo'laya aid olduğu söylənilir). Öncə heykəlin ideyası düşünülür (uydurulur), sonra həmin ideyaya uyğun olmayan hissələr daşdan çıxarılır (döymə və/və ya yonma yolu ilə). Heykəllər metallardan (məsələn, tuncdan) da düzəldilə bilir. Daşdan fərqli olaraq, metal plastikdir. Ona əritmə yolu ilə istənilən ölçü və forma vermək olur. Buna görə də metaldan düzəldilmiş heykəllərdə artıq parçalar qalmır. Amma daşla olduğu kimi, metal heykəllərdə də öncə ideya düşünülür. Xatirəsinə ucaldılacaq insan, heyvan, hal və ya hadisələrin arasında heykəl ideyasına layiq olmayanları ayırmaq lazım gəlir. Bu prosesin nəticələri seçimin təməlinə qoyulan dəyərlərdən asılıdır.
Dəyərlər saf və ülvi olanda onları ifade etmək üçün seçilmiş rəmz (o cümlədən heykəl) baresində mübahisələr ya heç, ya da kəskin olmur. Həmin rəmz bəzən çox gözlənilməz olur. Məsələn, anglo-sakslar hər zamanlar azadlıgı bütuün digər dəyərlərdən üstün tutmuşlar. Bunu onların bütün tarixi və mədəniyyəti təsdiq edir. Dünyanın harasında məskunlaşmışlarsa, orada azadlıg dəyərini təsisatlandırıblar. Qurduqları dövlətlərin hamısı demokratikdir. Anglo-saksların yalnız özləri üçün deyil, bütün bəşəriyyət üçün böyük önəm daşıyan siyasi və hüquqi ideyaları yaxşı məlumdur. 1215-ci ildə (!!!) Magna Carta (Böyük Azadlıqlar Xartiyası) adlı sənəd qəbul olunmuşdur. Həmin sənəd qoyun dərisi üzərində bir neçə nüsxədə yazılmışdır. Ingilis kralı John I onu imzalamışdır. Həmin sənədin bir neçə orijinal nüsxəsi bu günə qədər salamat qalıb. Londondan başqa, onların biri Kanberra, biri də Vaşinqtonda saxlanılır. Vaşinqtonda saxlanılan nüsxə ABŞ müstəqilliyinin 200-illiyi münasibətilə 4 iyul 1976 ildə Britaniya höküməti tərəfindən verilmişdir. ABŞ höküməti Magna Carta'nın həmin nüsxəsini almaq istəmişdi, amma Britaniya höküməti razı olmadı. Odur ki, ABŞ və Avstraliya üzərində azadlıq ideyaları yazılmış qoyun dərisindən olan parçaları saxladıqlarına görə Britaniyaya icarə haqqı odəməli olurlar.
Qoyun və azadlıq? Çoxları üçün daban-daban zidd şeylərdir. Məsələn, A.S. Puşkin'in -
Паситесь мирные народы,
Вас не разбудит чести клич.
К чему стадам дары свободы,
Их должно резать или стричь.
- parçasından aydın görünür ki, qoyun azadlıq deyil, köləlik rəmzidir. Biz özümüz də adi danışıq dilimizdə "qoyun" sözünü heç də azadlıqsevər adamı təsvir etmək üçün işlətmirik. Hətta V. Jirinovskinin xalqımızın ünvanına söylədiyi "8 миллионов баранов" ifadəsinə çoxları yaman qəzəblənmişdi. Maraqlıdır ki, Jirinovskinin xalqımıza qoyun deməsi, əslində Heydər Əliyev'in digər rəhbərlərdən üstünlyünü ifadə etmək məqsədini daşıyırdı. Xalq qoyundursa, rehbər çobandır, deməli. Çobanın da sürüyə qatdığı keçiləri və sürünü yönəldən itləri var. Jirinovski, əlbəttə, belə şeyi söyləməkdə böyük bir qələt elədi. Amma görəsən, qoyunun günahı nədir ki, Jirinovski kimiləri onu təsəvvür etdikləri kütbeyin adamlarla müqayisə edirler? Axı, belkə Allahın Ibrahim peygəmbərə qurbanlıq kimi oğlu əvəzinə qoyunu kəsməyi əmr etməsi qoyunu peygəmbər övladı qədər deyərli etdi? Nə isə, ritorik sualdir. Napoleon demişkən: "Qayıdaq öz qoyunlarımıza."
Amma öncə - ingilislərin qoyunlarına. Həmin ingilislərə ki, 1215-ci ildə qoyun dərisində belə bir şey yazmışlar:
"Heç kəs məhkəmənin qərarı olmadan azadlığından və ya mülkiyyətindən məhrum edilə bilməz". (Magna Carta, maddə 39)
Təsəvvür edirsiniz, 1215-ci ildə!!! Həmin ideya yalnız ikinci dünya müharibəsindən sonra beynəlxalq insan haqlarına dair konvensiyalarında yazılmağa başlanmışdır. Dünyanın bir çox ölkələri hələ də bu ideyanı tətbiq edə bilmirlər, çünki həmin dövlətlərdə "müdrik və uzaqgörənlər" rəhbərlik edirler. Məhkəmə kimdir ki, Rəhbərin sözündən çıxsın? Bizim konstitusiyamizda da azadlığın və mülkiyyətin toxunulmazlığı və yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilməsi haqda müddəa var. Özü də həmin müddəa hansısa qoyunun dərisi üzərində deyil, xaricden gətirilən (idxal olunan) nəfis kağız üzərində yazılıb. Amma nədir o kagızın dəyəri?
Bu yaxınlarda Magna Carta'nın bir orijinal nüsxəsi məşhur Sotby xərracında satılıb. Həmin nüsxə 5 əsr ərzində bir ailənin özəl mülkiyyətində idi (nəsildən nəsilə keçirdi). Nədənsə sonuncu varis onu satmaq qərarına gəldi. Özü bilər, mülkiyyətidir də. Maraqlı olan bu deyil. Maraqlı olan odur ki, həmin nüsxə 21 000 000 (!!!) dollara satıldı. Bu tarixdə ən baha satılmış qoyun dərisi oldu. Təbii ki, qiymət qoyun dərisinə verilsə də, əsas dəyər onun üzərində yazılmış azadlıq ideyasındadır. Azadlıq sadəcə ideya olsa idi, çətin ona bu qədər pul verən olardı. Həmin qoyun dərisi mayasında azadlıq olan mədəniyyətin (anqlo-sakson) rəmzidir. Heç inanmıram ki, bu gedişle bizim qoyunların (onların dərisinin) belə qiyməti ola bilsin. Heç biz özümüz qoyunlara yem və yun mənbəyindən başqa bir dəyər verə bilirik ki? Ağ Qoyunlu və Qara Qoyunlu dövlətləri özümüzə çıxmağımıza baxmayaraq, Uzun Həsən haqqında yaddaşımız qısa oldu, Qara Yusif'in üzünü isə ağ edə bilmədik. İngilislər isə parlamentlərində və məhkəmələrində qoyun dərisini azadlıq və varlıq rəmzi kimi istifadə edirler.
Heykəllərə gəlincə, maraqlıdır ki, semantik baxımdan heykəltəraş daşı sanki qırxır. Türkiyədə üzqırxmaya "traş" deyildiyini nəzərə alsaq, heykeltəraşişininin daşın üzünü qırxmaqdan ibarət olduğunu daha aydın təsəvvür etmək olar. Görəsən, türk dilində "qırxmaq" mənasını verən "traş" sözünün ingilis dilində "zibil" mənasını verən "trash" sözü ilə əlaqəsi varmı? Çox guman ki, var. "Traş" fars mənşəli kəlimədir (yonma və qırxma mənasını verir). İngilis dilinin də fars dili kimi Hind-Avropa dilleri qrupuna daxil oldugunu nəzərə alsaq, söz və məna oxşarlıqları aydın olar. Odur ki, qırxma (traş) və daş döymə/yonma (təraş) nəticəsində müvafiq olaraq artiıq tük və daş parçaları yaranır. Həmin artıq parçalar tullantı, yəni zibil (ingiliscə - trash), anlamını verə bilər. Yeri gelmişkən, ingilislərin bir deyimi var: "One man's trash can be another man's treasure." Tərcümədə - "birinin zibili digərinin gəliri ola bilər". Tarixdə və bu günümüzdə başqaların zibilindən fayda çıxarmanın nümünələri xeyli qədərdir. Bəzi millətlər başqaların zibilindən fayda çıxardığı halda, biz hələ də öz zibilimizdən baş çıxarmağa çalışırıq.
Yaman zibilə düşmüşük. Vaxtilə müstəqilliyə qarşı çıxanlarımız sonradan "ISTIQLAL" ordeni alır, yaltaqlarımız "ŞƏRƏF" ordeni ilə təltif olunurlar. Belələri əlbəttə istəməz M.Ə. Rəsulzadə kimilərinin heykəlini. 1918-ci ildə demokratik Azərbaycanın qurucuları indiki pozğun Azərbaycanın "sürücüləri" üçün nə dəyər kəsb edə bilərlər, axı? Indiki Azərbaycanın "sürücüləri" daşlarda başqa təraşlıqla məşğuldurlar. Onlar daşdan ideya yox, pul çıxarırlar. Harada tikinti, orada yeyinti! Pulun çıxarılması mümkün olmayan daşlar isə aciz camaatın başına düşür. Acı istehzaya baxın ki, bu yaxınlarda uçqun nəticəsində başlarına daşı düşmüş binanı tikən şirkətin adı "Mütəfəkkir"-miş. Bu hökümətin rüşvətxor himayəsi altında "mütəfəkkir" belə adamların başına fikir yox, daş salır.