Ağalar Məmmədov "Çadradan hicaba"
Başını aşağı salıb, sakitcə dininin tələblərini yerinə yetirən sadə, nəcib insanlar, o cümlədən, bu qəbildən çadra örtən xanımlar var. Amma bir də başqalarının da hicab örtməsi uğrunda mübarizə aparan ideoloji islamçılar var. Özü də bunların çoxu kişi xeylağıdır. Sonuncular üçün çadra örtmək dini vəzifəni yerinə yetirməkdən daha çox, dinin ictimai güc nümayiş etdirməsi və cəmiyyətdə qeyri-dindarlar üzərində psixoloji təsir funksiyasını yerinə yetirməsi üçün vasitədir. Onlar üçün çadra son məqsəd deyil, daha sonrakı məqsəd(lər)ə çatmaq üçün bir pillədir. Səbəbsiz deyil ki, Fransada dini simvollardan istifadə etməklə dini qüvvələrin məhz diqqət cəlb etmək məqsədi güddükləri əsas gətirilərək, ictimai yerlərdə yəhudi kişi papağı kipa (kippah) taxılması, nümayişkaranə irilikdə xaç gəzdirilməsi, o cümlədən də çadra qadağan edildi. Bu yaxınlarda Hollandiya da eyni qərarı verdi: təhsil müəssisələrində və dövlət idarələrində çadra örtmək qadağandır! Başqa Avropa ölkələri də bu yolda.
Niyə “hicab”?
Son vaxtlar Azərbaycanda “çadra” sözü əvəzinə, “hicab” sözünü işlətməyə başlayıblar. Sanki hicab çadra deyil. Çadrasını atan qadının yenidən hicablanması, sanki əyilib çadrasını götürməsi demək deyil. Məqsəd aydındır: “çadra”nın xalqın yaddaşındakı mənfi məna yükündən canını qurtarmaq və mövzunun xalis “ərəbcə” (dini) olduğunu nəzərə çarpdırmaq.
“Çadra” mən biləni xalis azərbaycan dilindədir, hicab isə ərəb dilində. Ərəb dilində mənası pərdə demək olan hicab “hücb” (gizlətmək) felindəndir. Hicab örtmək və ya hicabla örtünmək pərdə ilə gizlənmək deməkdir. “Çadra” da yəqin ki, azərbaycan dilində çadır sözündəndir və bu mənada hicaba tam uyğun gəlir. Bundan başqa, azərbaycan dilində iri şal, iri örtü mənasında çarqat sözü də var. Dilimizdə hələ farsın “çarşab” (çahar-i şaf) sözü də var, mənası “dörd künc” deməkdir. Beləliklə, bu qədər söz var ikən “hicab” niyə?
Çadranın qisa tarixçəsi
Bu sahənin dünya miqyaslı tədqiqatçı alimləri çoxdan yazıblar ki, qadınların örtünməsinə ilk dəfə Şumer mədəniyyətində (bizdən 5 min il qabaq, Mesopotamiyada) rast gəlirik. Şumer məbədlərində mömin kişilərə seksual xidmət göstərən və müqəddəs sayılan qadınlar başqa qadınlardan fərqlənmək üçün üzlərini örtməli idilər. Onlar məbədlərdə allah naminə mömin kişilərlə sakral prostitusiya ilə məşğul olurdular. Bu institut şumerlərdən başqa yəhudi, hind, yapon, yunan kulturlarında da mövcud olub. Məncə islam dinində cənnətdə mömin kişilər üçün nəzərdə tutulmuş yeniyetmə hurilərlə ailəsiz azad seksual həyat da elə bu institutun “o dünya”ya köçürülmüş variantıdır. Bilənlər bilir ki, ümumiyyətlə, bəşər mədəniyyəti tarixində erotika və seks dinlə ta qədimdən iç-içə olublar, onların yolu sonradan ayrılıb. Amma bu, tamamilə ayrı bir yazının mövzusudur.
Şumer qanunlarına görə, üzləri örtülü məbəd qadınlarından başqa adi qadınların, kölə qadınların, qızların və bədənlərini satmaqla dolanan avara qadınların üzlərini örtməsi qadağan idi və bu qadağaya məhəl qoymayanları cəza gözləyirdi. Bu institut şumerdən yəhudilərə keçib. Yəhudilərdə sakral prostitusiya işini kişilər də görürmüş.
Yaxınlıqda kişi xeylağının olub-olmamasından asılı olmayaraq, müqəddəs kitab oxuyarkən başını örtmək ənənəsi də Şumerdən yəhudilərə, yəhudilərdən də ərəblərə keçib. Evli yəhudi qadın sinaqoqda ibadət edərkən, iudaizmin tələblərinə görə, başını bağlamalıdır. İslamda da qadınlar namaz qılarkən yanlarında kişi olub-olmamasından asılı olmayaraq başlarını bağlayırlar. Halbuki Quranda belə bir tələb yoxdur. Xristianlığı quran yəhudi St.Paul (Pavel) də qadınların başı açıq ibadət etmələrini günah saymışdır. Onun fikrincə, ibadət edən qadın ya başını bağlamalı, ya da saçlarını qırxdırmalıdır. (Rahibələr başlarını qırxdırırlar).
Qədim Mesopotamiyada qıtlıq üzündən və ya nəzir olaraq bəzi valideynlər uşaqlarını məbədə bağışlayırdılar. Məryəm (Maria) belə uşaqlardan biri idi, məbəddə böyümüşdü. Böyüyəndən sonra məbəddəki vəzifəsi yəqin ki, sakral prostitusiya olmuşdu. Amma dini qadağaya görə, bu qadınlar uşaq doğa bilməzdilər. Əgər doğardılarsa, belə uşaqlar allahın arzuolunmaz uşağı hesab edilərək, dərhal öldürülməli idilər. Tarixi (yəni elmi!) hipotezlərdən birinə görə, məbəddə möminlərdən kimdənsə hamilə qalan Məryəm İsa Məsihi gizlincə doğmuş, İsa isə böyüyəndən sonra “Mən allahın oğluyam” deməklə öz sirrini ifşa etmişdir. Buna görə də, o, gec də olsa öldürülmüşdür. İsanın öldürülməsindəki elmi nəzəriyyələrdən biri budur. Əgər doğrudan da belə olubsa, deməli, Məryəm dini qaydalara əməl etməmək bahasına, İsanı qoruyub saxlaya bilib. Ən azından elə buna görə o, hörmətə layiqdir.
Bizdən 4 min il qabaq qüvvəyə minmiş Babil (Mesopotamiya) imperatoru Hammurabi qanunlarına görə, azad qadınlar, bir kişinin himayəsi altında olan qadınlar və evli qadınlar çölə çıxarkən üzlərini örtməli, qalanları isə üzü açıq gəzməli idilər. Burada da örtünmək kişinin qarşısına çıxan qadının statusunu müəyyən etməsi üçün düşünülmüşdü. Yapon ənənəsində evli qadınlar artıq bir kişiyə məxsus olduqlarını bildirmək üçün qısaqol kimono, ərə getməmiş qızlar isə müvafiq siqnalı vermək üçün uzunqol kimono geyinirlər. Hələ də Azərbaycanın bəzi regionlarında qadınlar ərə getdikdən sonra başlarını örtər, kişi xeylağı ilə üz-üzə gələndə dodaqlarını gizlətmək üçün yaşmaqlanırlar. Məlumdur ki, ərə gedən qadınların qaş-gözlərində məlum əməliyyat aparmaları da evli olduqlarını bildirmək üçündür.
Quranda da/isə özünü gizlətmə əmri (Nur, 31; Əhzəb, 59) məhz mömin qadınlara, peyğəmbər qadınlarına verilir. Ucdantutma hamıya yox. Səbəbsiz deyil ki, ikinci xəlifə Ömər azad qadınlar kimi başını bağlayan qadınları görəndə, onları əlindəki ağacla dümsükləmiş, “Siz niyə başınızı bağlamısınız?” deyə acıqlanmışdır.
Bundan başqa, çadra örtən qadının cənnətə gedəcəyi, açıq gəzən qadının isə əksinə, cəhənnəmdə saçlarından asılacağı kimi proqnozlar Quranda yoxdur. İbadət edərkən qadının başını örtməsi də Quranda yoxdur. Quranda qadının saçlarının mütləq gizlədilməsi əmri də yoxdur.
“Arvad” sözünün mənası
“Arvad” sözünün lüğəti mənası ərəb dilində “avret” (cəm halı “avrat”) şəklində aralıq, yarıq, yırtıq, açıq, müdafiəsiz yer deməkdir. Yəqin ki, bu söz qadının cinsi orqanının görünüşündən götürülüb. Həm də görünür, bu adlandırma patriarxat dövründə olub, çünki qadın vücudunun yarıq və ya yırtıq hesab edilməsi kişi bədəni ilə müqayisənin məhsuludur və bu müqayisənin müəllifi kişi olub. Amma “arvad” sözü ərəb dilində təkcə qadın haqqında işlədilmir, onun ümumi istifadəsi var.
Maraqlıdır ki, azərbaycan dilində də buna bənzər dil faktı var: “an” sözkökündən düzəlmiş “ana” sözü ilə qadının cinsi orqanının adındakı ilk heca etimoloji baxımdan eynidir. “Ana”nın etimoloji mənası doğan deməkdir. Qadın cinsi orqanının adında “m” səsini (hərfini) “n” səsi (hərfi) ilə əvəzləmək kifayətdir: mənası “kiçik ana“, “anacıq” (analıq) deməkdir.
Etimologiya sözlərin unudulmuş ilkin mənşə mənalarını öyrənən elm sahəsidir. “Etimos” kəlmə ilə əşya arasında qurulan “doğru, gerçək, həqiqi” əlaqə deməkdir. Hər bir elmdə olduğu kimi, etimologiyada da ayıb analiz yoxdur, ayıb söz də yoxdur. Bizim bu gün, məsələn, azərbaycan dilində ayıb hesab etdiyimiz sözlər öz ilkin mənşə məzmunlarına görə son dərəcə normal mənalara malikdirlər. Buna xeyli misallar verə bilərəm. Yuxarıda qısaca təhlil etdiyim “an” sözkökü buna tipik misaldır.
Sözlərin ilkin mənşə mənalarında ayıblığın olmaması əxlaqi şüurun sonradan yarandığını bir daha isbat edir. Ayrı-ayrı sözlər sonradan ayıb mənalar qazanıblar. İnsan paltarı da sonradan geyinib. Həm də təkcə üşüdüyünə görə yox. Beləliklə, yavaş-yavaş keçirik çadraya.
“Arvad” yerlər
İnsan bədənində “arvad” yerlər ayıb yerlər deməkdir. İslam hüququnda qadın və kişi bədəninin hansı hissələrinin və kimlər üçün “arvad” yerlər hesab ediləcəyi məsələsində ümumqəbuledilmiş vahid fikir olmasa da, amma bütün məzhəblərin razılaşdığı budur ki, kişidə də, qadında da “arvad” yerlər örtülməlidir.
Kişinin təxminən göbəyi ilə dizi arasındakı hissə onun naməhrəmləri üçün “arvad” yerlər hesab edildiyi kimi, onun həyat yoldaşı olan qadın(lar) da bütövlükdə o kişi üçün “arvad”dır: kişinin qadın(lar)ı onun arvadıdır, yəni ayıb yeridir. Yəqin buna görədir ki, bizdə bəziləri “arvadım” sözünün əvvəlinə, sanki ayıb bir şey deyirmişcəsinə, “üzr istəyirəm” ifadəsi də əlavə edir. Qadınına “xan-ım, bəy-im” deyən babaların nəvələri müsəlman olduqdan sonra ona ayıb bir şey kimi baxmağa başladılar.
Qadının “arvad” yerlərinin (“avratün-nisa”) müəyyən edilməsində islam məzhəbləri arasında ixtilaf vardır. Bəziləri qadında bu yerlərin naməhrəmlər üçün əllər, üz və ayaqlar xaric, vücudunun hər yeri olduğunu, bəziləri isə bunlar da daxil bütün qadın bədəninin təpədən dırnağa “arvad” olduğunu iddia edirlər. Qadının necə, hansı formada və haralarının örtüləcəyi də məhz bu “arvad” yerlərin müəyyən edilməsindən asılıdır.
Bəziləri Quranı təfsirsiz oxumayın deyirlər. Amma mən çadra örtməklə əlaqədar islam tarixində elə təfsirlərə rast gəlmişəm ki, gözlərim bərələ qalıb. Məsələn, Orta əsrlər təfsirçilərindən biri yazır ki, qadın çölə çıxanda nəinki özünü tanınmayacaq dərəcədə bürüməlidir, hətta bir gözünü də örtməlidir, bayırda tək gözü açıq gəzməlidir! Bəzi təfsirçilər hətta hansı gözü açıq saxlayıb, hansını örtməyi də göstərirlər: Sağ örtüləcək, sol açıq saxlanacaq!
İslamdan əvvəlki bədəvi ərəb qadınları bellərinə qədər çılpaq gəzirdilər. Quran da məhz bunu qadağan edir. Quranda deyilir: “Evlərinizdə oturun, keçmiş cahiliyyə adəti ilə özünüzü açıb ortaya qoymayın” (Əhzəb surəsi, 33-cü ayədən bir hissə). Yuxarıda da dediyim kimi, başını bağlamaq əmri islamda bütün qadınlara şamil edilmədiyi üçün, islamdan sonra da çadra kütləviləşməmiş, cariyələr (kölə qadınlar) yarımçılpaq gəzməkdə davam etmişlər. Çadra şəhərləşmənin və səhra mühitinə görə zəngin olmağın, qabağında cariyə işlətmək hesabına özü işləməməyin məhsuludur. Çünki öz zəhməti ilə yaşayan bədəvi qadın çadra ilə işləyə bilməzdi.
Unutmayaq ki, Məhəmməd peyğəmbər qadınların örtünməsi ilə əlaqədar əmri ilk ayədən 17 il sonra (627-ci ildə), vəfatından 5 il əvvəl vermişdir. Bu, artıq o vaxt idi ki, müsəlmanlar xeyli varlanmış və islamın qaçaqaç-qovhaqovla dolu ilk illərini arxada qoymuş, sabit həyat tərzinə keçmişdilər.
Beləliklə
Tarixi kökləri islamdan da qabağa gedib çıxan çadranın ilkin funksiyası qadının (müqəddəs məbəd qadınlarının) sosiumdakı statusunu müəyyənləşdirmək olub. Daha sonra isə o, öz ilkin mənasından xeyli uzaqlaşaraq ümumiləşmişdir.
Çadra açıq-saçıq geyimə qarşı qoyula bilməz. Çadranın alternativi yarımlüt soyunmaq deyil. Buna görə də, çadra əleyhinə çıxanları dərhal namussuzluq, allahsızlıq tərəfdarları kimi qələmə vermək ya cahil sadəlövhlük, ya da çox bic fəndgirlikdir. Çadra azərbaycanlıların namus və əxlaq rəmzi deyil. Ona görə ki, çadrasızlarımız heç də namussuz və əxlaqsız deyillər! Əks təqdirdə, onda gərək Məhəmməd peyğəmbərin anası və nənələri üçün də eyni mühakiməni yürüdək, çünki onlar da islam əxlaqı ilə yaşamayıb, çadra örtməyiblər. Afrikalı piqme qadınları indi də sinəsi açıq gəzirlər. Ona görə ki, onların dünyagörüşündə namus və əxlaq sinədə deyil. Ədəbli geyinmək kifayətdir, çadraya nə hacət?
Türkiyədə çadra məsələsi insan hüquqları müstəvisində müzakirə edilir, əxlaq və namus müstəvisində deyil.