Ağalar Məmmədov " “Ateizm” nədir?" - Üçüncü yazi
ALLAHIN TELEOLOJİ İSBATI VƏ TƏNQİDİ
Bu isbat allah isbatlarının ən yayğın olanıdır. Bu isbatı demək olar ki, hamı bilir. İslamda bu isbata “nizam dəlili” adı verilir. Çünki bu isbatda təbiətin nizamlılığından çıxış edilir. “Teleologiya” (teleoloji) qədim yunan dilində “telos” (məqsəd) sözündəndir. Bu isbata ona görə belə bir ad vermişlər ki, bu isbata görə, təbiətdəki nizam özbaşına, kor-təbii təsadüfən ortaya çıxa bilməz, arxasında məqsədli, şüurlu bir varlıq dayanmalıdır. Bu da allahdır! Allah isbat edildi.
Bir az da geniş izah edim. Biz təbiətdə daim nizamlılıq, planlılıq, düzüm görürük. Təbiətin istənilən prosesində kifayət qədər heyrətamiz qanunauyğunluqlar var. Adətən bu isbata verilən misal saat misalıdır. Necə ki, mürəkkəb bir mexanizm kimi saat özbaşına, kor-təbii, təsadüfən, damdandüşmə meydana gələ bilməz və mütləq bu mexanizmin arxasında hansısa bir məqsədli, ağıllı bir qüvvə dayanmalıdır; onda saatdan milyard dəfələrlə çox dərəcədə mürəkkəb olan təbiət mexanizminin də ağıllı, məqsədli, plan quran yiyəsi, yaradıcısı, memarı olmalıdır. Bax, bu, allahdır. Beləliklə, allah isbat edildi.
Fəqət tarix boyu bu isbat mütəfəkkirlər tərəfindən müxtəlif tənqidlərə tuş olmuşdur. İndi gəlin bu tənqidləri bir-bir öyrənək:
Birinci tənqid: Bu isbatda təbiətdə nizamın olmasından çıxış edilir. Soruşulur ki, əgər təbiət indi olduğu kimi yox, başqa bir formada olsaydı onda o, “nizam” sayılmayacaqdı? Nədir axı nizam? Məsələn, insan ikigözlü deyil, üçgözlü olsaydı, yağış göydən yerə yağmayıb, yerdən yuxarı fışqırsaydı və s. bu, nizam olmayacaqdımı? Onda belə çıxır ki, nizam deyilən fenomenin yalnız və yalnız bir variantı var və o da bizim planetimizdə gördüyümüzdür. Başqası yoxdur. Belə çıxır ki, bu isbatda mövcud olmağın müəyyən variantlarından birinə (bizim təbiətə) ixtiyari olaraq “nizam” adı verilir və sonra da bu nizamın arxasında bir memarın - allahın - dayanması məntiqi zərurətə çevrilir.
İkinci tənqid: Təbiət doğrudanmı nizamlıdır? Bir neçə dəqiqə ərzində minlərlə insanı məhv edən zəlzələlər, qasırğalar, vulkanlar, daşqınlar, sellər, epidemiyalar nizamdırmı? İnsan orqanizmində kor bağırsaq nizamdırmı? Kişi bədənində məmələrin varlığı nizamdırmı? Bəşər sferasında baş verən qətllər, genosid, müharibələr, aclıq nizamdırmı?
Üçüncü tənqid: Bu isbatda paralogizm (bilmədən edilmiş məntiqi səhv) var. Belə ki, tək-tək şeylərə baxaraq, onların nizamla qurulduqlarından çıxış edib, bununla da onların memarının (allahın) olmasını isbat etmək istərkən, buraxılan məntiqi səhv ondan ibarətdir ki, isbat prosesində yolverilməz analogiya qurulur: çünki bütöv dünya ilə ayrılıqda götürülmüş bir şey arasında analogiya qurmaq olmaz: dünyanın özü dünyadakı şey(lər) kimi deyil! İsbatda isə dünyadakı şeylərdən çıxış edib, sonda bütün dünya üçün nəticə çıxarılır. Digər tərəfdən isə məşhur Qeştalt (Gestalt) prinsipinə görə, tamın hissələrinin cəmi tamın özünə bərabər deyil, ondan azdır. Başqa sözlə, dünya dünyadakı şeylərin cəminə bərabər deyil, ondan artıqdır.
ALLAHIN KOSMOLOJİ İSBATI VƏ TƏNQİDİ
Bu isbat kosmosun, yəni dünyanın varlığından, daha doğrusu, dünyanın mövcudluq səbəbindən çıxış edir. İslamda bu isbata “hüdus (yaradılış) dəlili” adı verilir. “Kosmologiya” (kosmoloji) kosmosun meydana gəlməsini izah edən təlimlərə, elmi nəzəriyyələrə, o cümlədən, dini rəvayətlərə verilən ümumi addır. Bu isbata da ona görə bu ad verilmişdir ki, o, allahı kosmosun yaradılış səbəbi kimi isbat etməyə çalışır.
Allahın kosmoloji isbatına görə, dünyada gördüyümüz hər bir şey hansısa bir səbəbin nəticəsidir. Səbəbini bilmədiklərimiz var, amma səbəbsiz olan heç nə yoxdur bu dünyada. Hər bir səbəb başqa bir səbəbin nəticəsidir, öz növbəsində bu sonuncu səbəb də başqa bir səbəbin nəticəsidir və bu beləcə uzanıb gedir. Burada qarşımıza iki variant çıxır: ya bu səbəblər zəncirini sonsuzadək uzatmalıyıq, ya da bu zəncirin hansısa halqasında dayanmalıyıq. Sonsuzadək getməsi absurddur, ağlabatan variant səbəblər zəncirinin halqalarından birində dayanmaqdır. Bu halqa allahdır. Allah isbat edildi.
Bu isbatın tənqidləri belədir:
Birinci tənqid: Səbəblər zəncirinin sonsuzadək getməsi nə üçün absurd olsun ki? Bəlkə insan ağlı ümumiyyətlə, sonsuzluq fikrini anlamaqda çətinlik çəkdiyinə görə sonsuz səbəbiyyəti də cəfəngiyyat hesab edir. “Allahı tapdım” deyə bilmək məqsədilə, səbəblər zəncirində hansısa bir halqada dayanmaq üçün heç bir məntiqi zərurət yoxdur.
İkinci tənqid: Geriyə gedən səbəblər zəncirində dayanacağımız “ilksəbəb” halqasını ixtiyari şəkildə seçəcəyiksə, onda niyə məhz allah halqasını seçirik, ilksəbəb kimi elə dünyanın özünü seçək də. Necə ki, dünyanın yaranışına elmi yanaşma, yəni təkamül nəzəriyyəsi ilksəbəb kimi dünyanın özünü götürür.
Üçüncü tənqid: Madam ki, isbatda da deyildiyi kimi, səbəbsiz heç nə yoxdur, elə isə bu prinsipi allahın özünə niyə şamil etməyək? Yəni nə üçün allahın da səbəbini axtarmayaq? Əgər allahı bu qaydadan kənarda istisna kimi saxlayırıqsa, yəni “allah səbəbsiz mövcud ola bilər” deyiriksə, onda nə üçün bu dünyanın özünü də istisna etməyək və “elə dünya da səbəbsiz mövcud ola bilər” deyə bilməyək?
ALLAHIN ONTOLOJİ İSBATI VƏ TƏNQİDİ
“Ontologiya” (ontoloji) qədim yunan dilində “ontos” (varlıq) sözündəndir. Bu isbata bu adın verilməsinin səbəbi, allah anlayışının özündən çıxış edərək, allahın varlığının isbat edilməsidir. İslamda bu isbat vacib və mümkün varlıq bölgüsü ilə ifadə edilir. O birilərə nisbətən bir az qəliz isbat olsa da, amma anlamaq olar.
Deməli, isbatda deyilir: insanlar “allah” dedikdə, istər onu qəbul etsinlər, istərsə də rədd etsinlər, onlar “ən mükəmməl varlığ”ı (ens perfektissimum) nəzərdə tutmuş olurlar. Yəni teistin də, ateistin də zehnində “ən mükəmməl varlıq” təsəvvürü vardır. Beləliklə, insan zehnində allah “ən mükəmməl”dir.
Burada iki variantdan biri mümkündür: zehni olaraq “ən mükəmməl varlıq” olan allah ya həm də gerçəkdə vardır, ya da gerçəkdə yoxdur, sadəcə zehində vardır. Lakin məsələ burasındadır ki, “ən mükəmməl varlığ”ın zehində olub, gerçəkdə olmaması onun ən mükəmməl olmasına ziddir. Çünki axı o necə “ən mükəmməl”likdir ki, o, ancaq zehində var, gerçəkdə yoxdur. Bu, ona bənzəyir ki, iki nəfər müxtəlif arzuları arzulayır. Və onların hər biri öz arzusuna şeirlər qoşur. Ancaq onlardan biri öz arzusuna şeir yazmaqla yanaşı, gerçəkdə də çatır, o birisi isə arzusuna çatmır, elə şeir yazmağında qalır. İndi bunların hansı üstündür? Əlbəttə ki, şeir qoşmaqla yanaşı, həm də arzusuna çatan. Bu isbatda da deyilən odur ki, həm zehində, həm də gerçəkdə olmaq, sadəcə zehində olmaqdan daha mükəmməldir. Yekun olaraq, zehində “ən mükəmməl” varlıq gerçəkdə də olmaya bilməz. Deməli, o var. Allah isbat edildi.
İndi də bu isbatın tənqidlərinə baxaq:
Birinci tənqid: Bu isbatdan belə çıxır ki, allah əvəzinə biz ən mükəmməl ada təsəvvür edərik və belə bir ada gerçəkdə də olar. Olmaya bilməz, çünki onda o, ən mükəmməl olmaz. Tənqidə cavab belədir: Bu “ən mükəmməl” olan yalnız allahdır və ona görə də bu isbatdan yalnız allah üçün istifadə etmək olar. Amma məsələ burasındadır ki, əgər belə həlledici məqamlarda məntiqə istisnalar etməyə icazə verilmiş olsaydı, onda nəinki allahın, lap qulyabanının da varlığını isbat etmək olardı.
İkinci tənqid: Bir şeyin var olub-olmadığını hələ müəyyən etmədən, onun mahiyyəti haqqında heç nə demək olmaz. Tutalım, qar adamın, UNO-nun həqiqətən də var olub-olmamasını bilmədən, biz onların mahiyyətcə nə olduqlarını necə bilə bilərik? Elə isə allaha “ən mükəmməl”lik xarakteristikasını necə vermək olar ki, biz hələ onun heç olub-olmadığını bilmirik.
Üçüncü tənqid: Bir şeyin mövcudluğu onun mahiyyətinə daxil deyil. Başqa sözlə, mövcudluq - mahiyyəti meydana gətirən ünsür deyil. Mahiyyət “Bu, nədir?” sualına verilən cavabdır. Məsələn, “Çiçək nədir?” sualına cavab verərkən, onun mahiyyətinə daxil olan keyfiyyətləri sadalamalıyıq: çiçək xoşagəlimli iyi və zərif görünüşü olan, rənginə və sayına görə simvolik mənalar daşıyan, bəzək və hədiyyə kimi istifadə edilən bitki növüdür. Amma çiçəyin mövcudluğu bu sadalanan keyfiyyətlər toplusuna (çiçəyin mahiyyətinə) nəsə əlavə edirmi? Etmir! Ümumiyyətlə, mövcudluq keyfiyyəti, gördüyünüz kimi, çiçəyin tərifində iştirak etmədi. Amma buna baxmayaraq, tərif öz mükəmməlliyindən də heç nə itirmədi. Çiçəyin mahiyyəti mövcud olmağa ehtiyac duymadan, yəni gerçəkdə mövcud olub-olmamasından asılı olmadan qüsursuzdur, mükəmməldir. Deməli, “ən mükəmməl varlıq” anlayışından bu varlığın mövcud olması zəruri nəticə kimi çıxmır.
* * *
Bu isbatları anlaşılmaz şəkildə də olsa, dini kitablarda da verirlər, amma tənqidlərini vermirlər. Halbuki bu tənqidlərdən qorxmaq lazım deyil, çünki isbatların səhv olması, ya da onların allahı isbat edə bilməmələri hələ o demək deyil ki, allah yoxdur. Çünki allahı var edən bu isbatlar deyil ki, bunların səhv olmaları da allahın yoxluğunu isbat etsin. Mənim isə bu isbatları izah etməkdə məqsədim allah isbatlarının ən azından mübahisəli olduqlarını isbat etməkdi.
TEODİSEYA PROBLEMİ
Dini dünyagörüşün müdafiə edilməsinə apologiya deyilir. Bu işi icra edənlərə də apologetlər adı verilir. Apologetlərin vəzifəsi allahın varlığını isbat etməkdən, allahı təmizə çıxarmaqdan, tənqidlərə cavab verməkdən ibarətdir. Apologetləri çətinə salan problemlərdən biri teodiseya problemidir. Teodiseya (teodike) “allahın ədaləti” deməkdir. Məsələn, apologet aşağıdakı bu məşhur teodiseya tənqidlərinə cavab verə bilərmi:
- Əgər allah dünyadakı zülmü aradan qaldırmaq istəyir, amma buna gücü çatmırsa, deməli, o, zəifdir.
- Əgər allah dünyadakı zülmü yox edə bilər, amma bunu etmirsə, deməli, onun özü şərdir.
- Əgər allah dünyadakı bu qədər dəhşəti görə-görə onu nə aradan qaldırmaq istəyir, nə də istəsə qaldıra bilər, onda belə allah həm zəif, həm də şərdir.
İnformasiya bolluğunda yaşayan XXI əsr insanına daha teodiseyanı apologiya etmək asan deyil: kütləvi qırğınlar, dünya müharibələri, repressiyalar, terrorizm, hər ötən bir saat ərzində acından, susuzluqdan, dərman çatışmazlığından ölən minlərlə uşaqlar, epidemiya, zəlzələ, sunami kimi təbii fəlakətlərdə məhv olan günahsız insanlar... İndi necə deyəsən ki, allah nəyə yol verir, yaxşı edir. Adamın ağzı əyilər axı, desən ki, Xocalıda insanların təhqir edilərək öldürülməsində ilahi hikmət var idi. Yəni doğrudanmı, allah özü bilən məsləhətdir?!
YEKUN
Sonda “Ateizm nədir?” silsiləsini XX əsr alman filosoflarından biri E. Kassirerin fikri ilə tamamlamaq istəyirəm. Kassirer Babil allahı Mardukun xaosun əjdahalarını zəncirlədiyini, amma öldürmədiyini xatırladaraq, yazır ki, mifik-dini təfəkkür yox edilə bilməz, yalnız zəncirə vurula bilər; o yerdə ki, elm, fəlsəfə, sənət, rasional-tənqidçi təfəkkür və dünyəvi təhsil güclüdür, orada bu əjdahalar həbsdə olurlar, amma elə ki, bunlar zəifləyir, onda əjdahalar zəncirdən açılır, xaos başlayır

Gozel yazidi xoshuma geldi,ama tenqidler mence bir az zeifdi...
İyun 11, 2008 13:08