Abbas Atilay "Tarixi güclülər, Tanrını zəiflər yaradır"
Avropada immiqrant qabiliyyətinə görə deyil, mənsub olduğu toplumun ümumi xarakteristikasına görə qiymətləndirilir”
Son parlament seçkilərindən sonra Norveçə mühacirət etmiş Abbas Atilayla müsahibə
- Bir dəfə yazmışdın ki, Azərbaycanda hansısa jurnalistin həbs olunduğu gün, sən Norveçin hökumət binası qarşısında çoxsaylı insanın toyuqların qril edilməsinə etiraz aksiyası keçirdiyini görüb depressiyaya düşmüsən. Niyə?
- Əslində bu hadisə İsveçin Malmö şəhərində baş vermişdi. Bu şəhərdə ildə bir dəfə keçirilən "Su festivalı" zamanı anarxist gənclər məşhur qril kampaniyalarının birinin qarşısında toyuqların qril edilməsi ilə onların "şərəf və ləyaqətini alçaldılmasına" etiraz olaraq aksiya keçirmişdilər. Təbii ki, əvvəllər belə hadisələrə rast gələndə, Qərb ölkəsindən birinin bizim küçələrdə qoyunların kəsilməsindən necə narahat olarsa, mən də ən azı o qədər iztirab çəkirdim, amma indi bunlara bir o qədər də təəccüblənmirəm, çünki gözlərimiz alışıb.
- Avropaya gedəndən sonra hər gün yenidən internetdə Azərbaycanla bağlı məlumatlar, xəbərlər oxumaq, nəbzini Bakıdan gələn xəbərlərlə tənzimləmək, əslində vətəni yalnız coğrafi mənada tərk etdiyin anlamına gəlir. Bu sənə Norveçə adaptə olmağa mane olmurmu?
- Cox gözəl sualdır. Bəzən Azərbaycan mətbuatında bizim yenilikçi yazarlarımızın Avropa ilə bağlı yazılarına rast gəlirəm. Bu mənə inanılmaz dərəcədə komik görünür. Avropa toplumu qapalı cəmiyyətdir, Avropada 10 gün olub onu turist təəssüratları ilə təhlil etmək, məncə, düzgün deyil və yazarı etibarsız edən amillərdəndir.
Adaptasiya məsələsi immiqrantla yanaşı, cəmiyyətin də məsuliyyətini açıq üzə vuran problemdir. Xüsusi ilə milli dövlətlərdən formalaşan Avropa cəmiyyətində. Avropada immiqrantlar üzərində yerli toplumun əzici təsiri var. İmmiqrant bu qapalı toplumda öz qabiliyyətinə görə deyil, mənsub olduğu toplumun ümumi xarakteristikasına görə qiymətləndirilir. İmmiqranta hər yerdə verilən "bağışlayın, siz hansı ölkədənsiniz?" sualı onun adaptasiya uğrunda çəkdiyi bütün zəhmətləri və eyni zamanda, dövlətin "əlverişli adaptasiya" siyasətini puça uğradır. Bu sualın mənası multikulturalizasiyadır, böyük mədəniyyətlərin kiçik mədəniyyəti udması. İmmiqrant açıq-aşkar hiss edir ki, ona şəxsi qabiliyyətinə görə deyil, mənsub olduğu topluma görə qiymət verilir, əgər 3-cü dünya ölkəsindəndirsə, əzab çəkir, "Haralısan?" sualına "mən kosmopolitəm" cavabını versə də, faydası yoxdur. Əgər həkimsinizsə, sizə klinikada şəxsi mərifət və qabiliyyətinizə görə qiymət veriləcək. Klinikadan kənarda isə siz artıq həkim deyil, olacaqsınız iranlı, türk və ya pakistanlı. Siz universitetdə professorsunuz. Universitetdə siz şəxsi qabiliyyətinizə görə ucalacaq, kənara çıxanda isə mənsub olduğunuz Azərbaycan kimliyi sizi çökdürəcək. Oslo Blindern Universitetində dərs deyən rəssam dostum Rza Ənsari belə deyirdi: "Bir tələbəm var, auditoriyada fenomendir, kənarda pakistanlı".
Bu problem tək 3-cü dünya ölkələri üçün deyil, Avropa içi ölkələri üçün də keçərlidir, 1 insan kimi islandiyalıya norveçli ağız büzür, norveçliyə isveçli lağ edir (hələ gülməli lətifələr də qoşurlar), isveçliyə isə Mərkəzi Avropa xalqları biganədir.
İmmiqrant mənsub olduğu millətin ümumi görünüşünü Avropada daha yaxşı müəyyən edir, özü iztirabın episentrində olsa da. Elə bilirsiniz Q.Q. Markes "Kolimbiyanı Parisin küçələrində, barlarında tanıdım" ifadəsini təsadüfi yazmışdı? Norveç dahisi Henrix İbsen də ömrünün yarısını ölkəsindən kənarda yaşadığı üçün yaxşı anlayırdı ki, əgər Norveç cəmiyyəti yüksəlməsə, onun Fransada dəyəri olmayacaq. Buna görə də 30 ildən artıq yaşadığı sürgün həyatında bütün əsərlərini mənsub olduğu cəmiyyətin dəyişdirilməsinə həsr etdi. Bəzən tanıdığım yazarlardan bəziləri qısa müddətdə yerli cəmiyyətə adaptə olmağı məsləhət görürlər və mən də onların məktublarını oxuduqca gülürəm, elə bil adaptasiya kq ilə satılır bazarda. Anlamırlar ki, Avropa toplumunda bir səfeh ingilis və ya alman beş fenomenal azərbaycanlı, gürcü və ya ərəbdən daha hörmətlidir. Fransa və Mərkəzi Avropa ölkələrindəki xarici-yerli sürtüşmələri dediklərimin action formasıdır.
- Belə çıxır ki, immiqrant yenidən 3-cü dünyadakı vətəninə geri dönməlidir?
- Bilet alıb bir ölkədən digərinə getmək və ya geri qayıtmaq qədər asan olmayan problemlər var. Düşünən insan öz ölkəsindəki toplumun fərd üzərindəki basqısı üzündən bir Avropa ölkəsinə gedir və bir müddət sonra məxsus olduğu toplumun "mentalitet şarı"ndan, özü hiss etməsə də uzaqlaşır. Düzdür, yaşam üçün seçdiyi Avropa ölkəsində qəbul edilmir, amma geriyə qayıtsa, məxsus olduğu öz toplumunu da qəbul edə bilməyəcək həmin eksimmiqrant. Artıq antisanitarik yerlərdə, yol kənarında qoyunların acımasızca kəsilməsi, şəhərdaxili nəqliyyatlarda oturacaqların sayından bir neçə dəfə artıq sərnişinin daşınması, istədiyi həyat tərzini yaşamağa cəmiyyətin qadağası, təbii haqqlarının hakimiyyət tərəfindən tapdanması və addımbaşı rastlaşdığı bu kimi hallar o insanı intihar barədə düşündürən mövzular olacaq. Sizə maraqlı bir hadisəni danışım: İran yazıçısı Sadiq Hidayət Belçika və Fransada təhsil aldığı 5 ildən sonra İrana qayıdır, amma xəbərsizdir ki, aid olduğu toplumun düşüncə şarından kənardır artıq. Qala bilmir o cəmiyyətdə. Təsəvvür edin ki, onun bacısının həyat yoldaşı (yeznəsi) İranda hökumət başçısı idi, amma o əvvəlcə Hindistana gedir, orda da qala bilmir və geriyə - Fransaya dönür. Bu onun Fransadakı 2-ci həyatı olur, əvvəl tələbə, indi isə sadə insan kimi. Yazıçı tələbəlik illərində özünə qarşı gördüyü fransız toplumunun münasibətini indi sadə insan kimi ala bilmir. Uzunmüddətli depressiyaya düşür və 1951-ci ildə evinin qaz sobasını açaraq intihar edir. Amerikada, Kanadada amerikalı, kanadalı olmaq olar, amma Avropada avropalı olmaq olmaz. Qısası deyim ki, Avropada bir müddət yaşayan bir fikir adamının tək çıxış yolu milliyyət üzərində qurulmayan inkişaf etmiş dövlətlərdə (ABŞ, Kanada, Yeni Zellandiya, Avstraliya və s) məskunlaşmasıdır, əks təqdirdə nə ət olacaq, nə balıq, həmin düşünən insanın depressiyalı günləri isə Sadiq Hidayətin həyatı kimi nöqtələnəcək.
- Avropanın və Norveçin bir çox şəhərlərində tələbələrin keçirdiyi aksiyalara maraq göstərdiyini görmüşəm. Bu aksiyalara qatılmaq nə verir sənə?
- Bir dəfə "Alma" qəzetində köşələrimin birində belə bir cümlə yazmışdım, indi onu xatırladım: "Tələbəçilik gəncliyin orqazmıdır". Bu söz məncə, həqiqətdir. Tələbə həmişə haqlıdır, o həmişə düzlüyü, ədaləti istəyir və istədiyini reallaşdırmaq üçün enerjisi var. Ona görə harada tələbə action varsa, çalışıram orda olam, bu da bir cür orqazmdır. Amma təəssüflər ki, Osloda güclü tələbə hərəkatı yoxdur, amma əvəzində "Blitz" adlı anarxist-solçu qrup var, yeri gələndə hökumətə qan uddurmağı bacarır.
- Azərbaycanda "niyə tələbə hərəkatı yoxdur" sualına necə cavab verərdin?
- Harda güclü SOL var, orda güclü tələbə hərəkatı var. Tələbə razılaşmamağı, etirazı sevir. Sol tənqidə açıqdır, amma mühafizəkarlıq yox. Fransa, İtaliya və Skandinaviyada İsveç tələbə qruplaşmaları ona görə güclüdür ki, təməlində SOL var. Ümumiyyətlə, tələbə hərəkatı elastiki hərəkətdədir, SOL güclənəndə o da güclənir, SOL zəifləyəndə o da susur. 68-ci ilin fransız SOL üsyanında görünən tərəf Saronne Universiteti və John Bendit idi. Görünməyən və hərəkatın təməlini hazırlayan isə sizcə kim idi? A.Camus, J.P.Sartre.
İndi isə dünyada tələbə hərəkatları getdikcə zəifləyir, çünki SOL öz mövqeyini mühafizəkarlara uduzur. Niyə? Son illər ərzində dünyada "istehsal mədəniyyətsizliyi" tüğyan edir. Əvvəlcə kiçik yaddaş kartı istehsal edirlər, sonra onun insan həyatındakı zəruriliyini təbliğ edirlər və ya əvvəlcə virus hazırlayırlar, sonra anti-virus proqramlar. Malın anlamı dəyişilib insan üçün, təsəvvür edin ki, biri mobil telefon alır videoçəkiliş aparmaq üçün. Artıq insanlar düşünmür, istehlak edir. Ən son aparatlar dalınca qaçır insanlar, halbuki bunların insan həyatı üçün heç bir əhəmiyyəti yoxdur. Məşhur reklam filmində deyildiyi kimi, "tükətə-tükətə (istehlak edə-edə) tükənəcəyiz". İnsan həyatı artıq varlı uşaqları üçün səhnələşdirilmiş komik səhnəciyə çevrilib. Bu məncə acı reallıqdır. Bir vaxtlar John Lennonun, Jim Morrisonun burjua mədəniyyətini tənqid etdiyi səhnələrdə indi Britney Spears, Shakira rəqs edir. Hər gün eşidilən insan ölümləri, iğtişaşlar kimsənin umurunda deyil. Sony Plastationun hansısa oyun diskinə qoyulmuş qadağaya qarşı gənclər etiraz olaraq küçələrdə yatır, radikal nümayişlər təşkil edir, etiraz bildirirlər, amma qlobal istiləşmə ilə bağlı kimsə oxu yaydan çıxarmır. SOL zəiflədikcə, dünya sona gedir.
Azərbaycandakı tələbə hərəkatından isə danışmağına dəyməz. Güclü SOL olmadığı üçün kobud desək, Azərbaycanda "şalvar davası" gedir. Ortalıqda olan fəallar isə Xaqani Hasın fikirlərindən oyanan gənclərdir. Azərbaycanda güclü və Ultura SOLa ehtiyac var. SOL-un inkişafı üçün də əlverişli şərait var bu ölkədə, çünki haqsızlıq, ədalətsizlik, sosial gəlirlərin anormal paylanışı, məmur özbaşınalığı, fərdin əzilişi, nə istəsəniz var bu ölkədə. İnanın ki, ağıllı və enerjili gənclik də var. Sadəcə Xaqani Haslara, Ağalar Məmmədovlara, Məmməd Süleymanovlara və YAP-a ehtiyac var bu ölkədə SOL-un, tələbə hərəkatının güclənməsi üçün.
- "Hakimiyyətə deyil, xalqa müxalifətdə olmaq lazımdır" fikrinə münasibətin necədir?
- Bilirsiniz, bu kimi dilemma qarşısında sadəcə etiraz etməyə cəsarəti çatmayan adamlar qalır. İradəsi olan insan harda zülm var ona qarşı çıxa bilir. Önəmli olan zülmün özüdür, müəllifi deyil. Polis məni döyürsə etiraz edim, atam döyürsə yox? Məncə təməlində ədalətsizlik, fərdin insani dəyərini alt-üst edən nə varsa, birinci ona qarşı çıxmaq lazımdır. Təməl insan haqqları hakimiyyət tərəfindən tapdandığı kimi cəmiyyət tərəfindən də təhqir edilir. Müxalif mətbuat orqanlarına baxırsan hakimiyyətin insan haqqlarına qarşı hörmətsizliyini üzə vurur, bəs onda nə üçün cəmiyyətin fərd üzərində məhvedici əlini sındırmağa çalışmır? Nə üçün Rafiq Tağı, Samir Sədaqətoğlunun müdafiəsinə kifayət qədər qalxmır? Bəyəm bunların günahı azad sözdən istifadə etmək deyildimi? Kimsə cavab vermir bu suala. Və yaxud bəzi publisistlər hakimiyyətin zorakılığına göz yumur, guya bunların əsas vəzifəsi xalqı düz yola gətirməkdir. Xalqa həqiqəti sözlə deyil, əməllə göstərmək lazımdır. Bu yenilikçi dostlarımız hansı fəaliyyəti göstərir ki, xalq düz yolu tapsın? Bunlar sözdür, sadəcə. Bayıl türməsində gecələməyin yaratdığı qorxu hissindən doğur bu. Zülmə qarşı çıxılmalıdır, onun subyektinə qarşı deyil. Özümüzü aldadırıq sadəcə. Müxalif olmalı bir obyekt varsa, o da insanın özüdür. Çünki insan zülmdən və ədalətsizlikdən xali olarsa, başqasının etdiyi özbaşınalığa heç vaxt göz yummaz, fərqi yoxdur bu özbaşınalığı ailədə ata, məktəbdə müəllim, idarədə direktor, cəmiyyətdə "ictimai dəyər" və ya ölkədə prezident etsin. Biz zülmə qarşı mübarizə aparmırıqsa, deməli özümüz zalımıq, sadəcə ona görə zülm etmirik ki, əlimizdə bunu edəcək vasitə yoxdu. Belə də demək olar: biz ona görə rüşvətxor deyilik ki, kimsə rüşvət vermir bizə.
- Azərbaycan Şərqin ruporu olması üçün nə etməlidir? Nədən qurtulmalı, nələri əldə etməlidir? Nə qədər olmasa da ilk demokratik respublikanı biz qurduq, ilk teatr, ilk akademik musiqi və s.
- Məncə tarixi nailiyyətləri bir yana qoymaq lazımdır. ADR dövründəki uğurlardan indiyə nə? Dahi Üzeyir bəy "Koroğlu" operasını yazdı ki, Azərbaycanda akademik musiqi inkişaf etsin, amma xalqımız akademik musiqini deyil, Koroğlu dastanını mənimsədi, özünə kompleks yaratdı. Axı Koroğlu hərəkatı Anadoluda meydana gəlib, bundan Azərbaycana nə?
Nitzshe "Tanrı öldü" deyəndə əsas məqsədi azad fərdin doğuşuna yol açmaq idi. Öz dəyərini yaradan azad fərd doğulmalıdır. İnsan etiraza özündən, öz ailəsindən başlamalıdır. O zaman bizim adımız olacaq adamlar içində. Təsəvvür edin rüşvətxor ata evə gəlir və siz ona etiraz edirsiniz rüşvət aldığına görə. O, yenə təkrar edir və siz ailədən imtina edirsiz. Və sonda rüşvətxor atanın ağlı başına gəlir. İnkişafın düsturu bu qədər asandır. Sadəcə bunu edəcək azad fərdə hamilə olmaq lazımdır.
- Sonda tarix haqda danışaq. Qoy bu, gələcək haqqında susmağımıza işarə olsun həm də. Tarix bir xalqa nə verir, onunla öyünmək, özünə vurulmaq lazımdırmı?
- Tarix ilə Tanrının ortaq cəhəti odur ki, hər ikisi yoxdan uydurulur. Tarixi güclülər, Tanrını zəiflər yaradır. Amma hər ikisi sərhədsiz insan təfəkkürünü məhdudlaşdırır, onu komplekslərə atır. İran tarixçiləri qeyd edirlər ki, ilk insan haqqları toplusu təqribən 2,5 min il əvvəl Əhəməni şahı ikinci Kirin şərəfinə qoyulan daş sütun abidələrində həkk edilib. Bunu deyir və yazıq İran xalqını komplekslər içində əridirlər. Adam tapılmır ki, desin, yaxşı, 2.5 min il əvvəl insan haqqları İranda belə aktual idisə, onda niyə 2,5 min il sonra İran bu gündədir? Tarixdə qazanılmış uğurlar və ya məğlubiyyətlər tarixdə qalır. Qısa dövlətçilik tarixi olan Vaşinqton böyük imperiya varisi Bağdadı qan gölünə çevirib. Bu da tarixin bu gün üçün "zəruri" səhifələri. Tarix maşın güzgüsünə bənzəyir, onunla arxaya baxıb qarşındakı yolda mövqe tutursan. Amma sürücünün başı bu güzgüyə qarışsa, maşın böyük ehtimalla qəzaya uğrayacaq.
Söhbətləşdi: Zahir Əzəmət