Ağalar Məmmədov"İslam dini və Atatürk"
“Mən deməsəm, heç kim deməyəcək”
F.Nietzsche
Bu yazımda mən modern Türkiyə Cümhuriyyətinin banisi ulu Atatürkün islama münasibətini azərbaycanlı oxucuya çatdırmaq istəyirəm. Bununla da oxucularımıza bu günkü Türkiyə ilə əlaqədar bir sıra məsələlərə bu yöndən az da olsa aydınlıq gəlmiş olacağına inanıram. İstəyirəm ki, oxucularımızın təsəvvüründəki Atatürk portreti bir az da dolğunlaşsın və sevilsin.
Ölkəmizə İrandan Xomeynini təbliğ edən ədəbiyyat gətirilirsə, gözümüzün qarşısında Xomeynini təbliğ edən qəzet çıxarılırsa, biz nə üçün Atatürkün din haqqında fikirlərindən və mövqeyindən xəbərsiz qalaq və öyrənməyək. Gəlin, başlayaq:
Atatürk deyir: “Zaman sürətlə irəliləyir. Millətlərin, cəmiyyətlərin, insanların xoşbəxtlik və bədbəxtlik təsəvvürləri də dəyişir. Belə bir dünyada əsla dəyişməyən hökmlər gətirdiyini iddia etmək ağlın və elmin inkişafını inkar etməkdir”.
Atatürk deyir: “Mən mənəvi miras olaraq heç bir ayə, heç bir doqma və qəlibləşmiş qayda qoyub getmirəm. Mənim mənəvi mirasım elm və ağıldır.”
Atatürk deyir: “Mənim heç bir dinim yoxdur və mən bəzən bütün dinlərin dəryada batmasını istəyirəm. İqtidarını saxlamaq üçün dindən istifadə etməyə möhtac olanlar zəif rəhbərlərdir, onlar xalqı sanki tələyə salıb ovlayırlar. Mənim xalqım demokratiya prinsiplərini, reallığın əmrlərini və elmin öyrətdiklərini öyrənəcəkdir. Batil etiqadlardan əl çəkmək lazımdır. İstəyən istədiyi kimi ibadət edə bilər. Hər kəs öz vicdanının səsini dinləyə bilər. Amma bu davranış nə sağlam məntiqlə ziddiyyət təşkil etməli, nə də başqalarının azadlığının boğulmasına səbəb olmalıdır”.
Atatürk deyir: “Kralların və padşahların istibdadına dinlər dayaq olmuşlar”.
Atatürk deyir: “Türklər dinlərinin nə olduğunu bilmirlər. Buna görə də, Quran türk dilində olmalıdır.”
Atatürk deyir: “Türk Quranın arxasından yüyürür, amma onun nə olduğunu anlamır, içində nələrin olduğunu bilmir. Mənim məqsədim odur ki, türk ardınca yüyürdüyü kitabda nələrin yazıldığını başa düşsün”.
Atatürk Kazım Qarabəkir Paşaya yazır: “Hə, Qarabəkir, ərəblərin cəfəngiyyatını (“yavelerini” - A.M.) türklərə öyrətmək üçün Quranı türk dilinə tərcümə etdirəcəyəm və bunu oxutduracağam ki, onlar daha əbləhlik (“budalalık” - A.M.) edib, aldanmağa davam etməsinlər.
Atatürk 1932-1933-cü illərdə ABŞ-ın Türkiyədəki səfiri Çarlz H.Şerrillə şəxsi görüşdə ona Quranın Təbbət surəsinin ilk beş ayəsini ərəb dilində oxuyur. Bu ayələrdə Məhəmməd peyğəmbər öz əmisinə və əmisi qızına qarğış edir: “Əbu Ləhəbin iki əli qurusun! Elə qurudu da. Var-dövlətinin ona bir xeyri olmadı. O, alovlu odda yanacaq. Odundaşıyan olacaq o və boynundan xurma lifindən düzəldilmiş ip asılacaq, arvadı da (odda yanacaq)”. Atatürk bunu oxuyub, səfirə deyir: “Ağlı başında olan bir türk, belə bir şeyi oxuyub, sizcə, dinə maraq göstərə bilərmi?”
Atatürk deyir: “Əslində xalqın öz dini haqqında heç bir fikri yoxdur; onun din dediyi şey, dərk edilməyən etiqad sistemlərinə və sirrli əməllərə kor-koranə bağlılıqdan ibarətdir... Tarix bizə öyrədir ki, bütün dinlər, millətlərin cəhaləti sayəsində, utanmadan Allah tərəfindən göndərildiyini söyləyən adamlar tərəfindən təsis edilmişdir.”
Atatürk deyir: “Bizi səhv yola dəvət edən xəbislər, məlumunuz olsun ki, adətən din donu geyinmişlər”.
Atatürk deyir: “Bəzən elə qadınlar görürəm ki, başlarına bir bez, ya da məhrəba və yaxud da buna oxşar bir şey ataraq, üz-gözünü gizlədir və yanından keçən kişilərə qarşı ya arxasını çevirir, ya da yerdə oturaraq yumağa dönürlər. Bu hala düşməyin mənası nədir, bu nəyi göstərmək istəyir? Əfəndilər, mədəni bir xalq anası, xalq qızı özünü bu təəccüb doğuran şəklə, bu vəhşi vəziyyətə salarmı? Bu vəziyyət xalqı çox gülünc göstərən mənzərədir. Dərhal düzəldilməlidir!”
Atatürk deyir: “Məkkə zəbt olunduqdan və Kəbədəki bütlər məhv edildikdən sonra da, müşriklərə (o vaxtı İslamı qəbul etməyən bütpərəstlərə - A.M.) illik həcc ziyarətlərində iştirak etməyə icazə verilmişdi. Yəni müşriklər müsəlmanlarla yanaşı Həccdə və bu şənliklərdə iştirak edə bilərdilər. Buradan başa düşürük ki, o vaxt Həcc ziyarəti dini məqsədlə keçirilən və hər il qurulan böyük bir dini yığıncaqdan daha çox, hər il təşkil olunan yarmarka idi”.
Təcrübə göstərir ki, İslam cəmiyyətdə qorxulu qüvvəyə çevrilə bilər; ona görə də əgər onu dəyişdirmək mümkün olmursa, ona nəzarət etmək mütləq lazımdır və bu mümkündür. Ulu Atatürkün timsalında.

Ataturkun ele ozu de basha kechdiyi ilk vaxtlarda milleti savasha gondermek uchun dinden, dediyi o dogmalardan istifade eleyib, hem de chox ustaliqlar. Boyuk millet meclisinde bir yigincaqda dediklerinin qisa ozetini yaziram, " Millet burdan chixib cume namazina gedeceyik, orda milletimiz uchun dualar edib daha sonra cebhe xettine ilerleyeceyik" bu sozlerle yuxarida yazilanlar bir birne uymur.
Bu b;ogun da qarin agrisinin ne olduqunu hele basha dushe bilmemishem. Heqiqeten de Azerbaycan xalqinin ziyalilashmasini isteyirsinizse, onlari esrler boyu inandiqlarina uz chevirmeye chagirmayin, bashqa yol sechin.
Yanvar 4, 2008 4:51