Firudin Allahverdi "Dial-up`lı Azərbaycan"
Bu gün dünyada internetin əhəmiyyəti barədə nə yazsam, nə qədər yazsam da yetərli olmaz. İnternet bu gün hər şeydir - bilik, savad, xəbər, əyləncə, incəsənət, ədəbiyyat... hər şey! Əhəmiyyətin də əsas səbəbi informasiyadır. Artıq hər şey bəllidir: bu gün kimin informasiyası çoxdursa, o güclüdür! Belə ki, informasiyadan elm, elmdən pul, puldan isə güc törəyir.
Dial-up`lı Azərbaycan

Bütün normal ölkələrdə dial-up adlı maksimum 56.6 kbps sürətli bağlantı artıq tarixə qovuşub. Bu barədə ancaq dərsliklərdəki “İnternetin yaranma” tarixi mövzusuna aid səhifələrdə rast gəlmək olar. Dial-up barədə atalar oğullarına, analar qızlarına, nənələr və babalar nəvələrinə danışırlar. Artıq dünyada ADSL sözünün özünü işlətmirlər, çünki internet deyiləndə ADSL-dən başqa heç nə ağla gəlmir!
...Bəzi geridə qalmış ölkələrdə isə hələ də insanların əksəriyyəti dial-up bağlantısını qullanırlar: Azərbaycan, İran, Özbəkistan və s. Səbəb isə ADSL qiymətlərinin süni bahalığıdır.
Gəlin Türkiyə ilə özümüzü müqayisə edək:
ADSL`ə bağlanmaq bizdə 48 AZN, Türkiyədə isə 17 AZN (tələbələrə pulsuz)
1024 sürətlə limitsiz bir aylıq ödəmə haqqı bizdə 650 AZN, Türkiyədə isə 30 AZN.
Hələ mən Rusiyanı demirəm, qoşulma haqqı bizim pulla 4-5 qəpikdir.
Hə, bu nədir? İnsanları soymaq deyilmi?
Niyə bizdə informasiya qəbul etmək belə bahalı olmalıdır?
Niyə bizdə süni yolla informasiya qıtlığı yaranmalıdır?
Təbii, bizdə alıcı sayı Türkiyədəki, Rusiyadakı kimi çox deyil... Amma bu boyda fərq?!!
Demək, bizdə vətəndaşın informasiya qəbuluna mane olan qüvvələr var. Bu kimdir? Dövlətdir, yoxsa özəl şirkətlər? Və niyə bu barədə danışan, buna etiraz edən yoxdur?
Belə çıxır ki, insanlar, əsasən gənclər özləri bunda maraqlı deyillər? Çünki hər hansı inkişaf etmiş ölkədə belə, qiymətlər bu qədər yüksək olsaydı, tələbələr etiraz aksiyalarına başlayar, şirkətlərin binalarına yumurta atardılar...
Bu elə bir məsələdir ki, həllini bir dəqiqə belə, gecikdirmək olmaz. Gecikdiyimiz hər dəqiqə toplumun inkişafını ən azı bir il geriyə atır. Ölkənin ADSL`ləşdirilməsi - inkişafın sürətləndirilməsi deməkdir. Kim bunu istəmirsə, kim mane olursa, demək toplumun düşməni sayılmalıdır.
Artıq özüm də dial-up kartlar almıram, kiməsə havayı pul verməkdən xoşum gəlmir. Evdə dial-upla bir işi 5 saata görürəmsə, onu 15 dəqiqəyə internet-kafedə görmək daha az vaxt itkisi deməkdir. Artıq 10-15 dostum da bu təşəbbüsümə qoşulub, yəqin bu say daha da çoxalacaq.
Xülasə, hamını dial-up bağlantısına etiraz etməyə çağırıram!